https://sputnik.az/20211229/topxana-mesesi-berpa-edilir-437712303.html
Topxana meşəsi bərpa edilir
Topxana meşəsi bərpa edilir
Sputnik Azərbaycan
Bu il hədəfimiz 2 milyon ağac əkmək idi. Dünyanı cənginə alan pandemiya şəraitinin davam etməsinə baxmayaraq, biz bunun öhdəsindən gəldik. Növbəti il nazirlik... 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T14:19+0400
2021-12-29T14:19+0400
2021-12-29T14:19+0400
meşə
qarabağ
şuşa
topxana meşəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428033029_0:319:3073:2047_1920x0_80_0_0_b9d74ce4bcb6a59c09e9c0999a7c0b6f.jpg
BAKI, 29 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il 2 milyon ağac əkib.Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.O bildirib ki, ağacların 1 milyonu "Yaşıl marafon" çərçivəsində əkilib."Bu il hədəfimiz 2 milyon ağac əkmək idi. Dünyanı cənginə alan pandemiya şəraitinin davam etməsinə baxmayaraq, biz bunun öhdəsindən gəldik. Növbəti il nazirlik 3 milyon ağac əkməyi planlaşdırır," - deyə nazir müavini bildirib.Topxana meşəsinin bərpası işləri görülürO qeyd edib ki, Topxana meşəsinin bərpası işləri görülür. Ərazinin minalı olması işləri tam sürətlə görməyə imkan vermir: "Ərazilər minadan təmizləndikcə daha çox iş görüləcək. Bu il işğaldan azad olunmuş ərazilərdə 20 mindən çox ting əkilib, 3 tona yaxın toxum səpilib".Xatırladaq ki, Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib.Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın düşmən tapdağından azad edilməsi tarixi Qələbəmizin simvoludur. İşğaldan azad olunmuş ərazilərdə son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir, ermənilərin ekoloji sistemə vurduqları ziyan aradan qaldırılır.İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirilib.Noyabrın 8-də qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağaçəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkilib, əraziyə 100 kiloqram palıd toxumu səpilib.
topxana meşəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428033029_150:0:2879:2047_1920x0_80_0_0_51b3213cbb59e2ae44735888c9df24e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ermənilərin məhv etdiyi topxana meşəsinin bərpasına başlandı
ermənilərin məhv etdiyi topxana meşəsinin bərpasına başlandı
Topxana meşəsi bərpa edilir
Bu il hədəfimiz 2 milyon ağac əkmək idi. Dünyanı cənginə alan pandemiya şəraitinin davam etməsinə baxmayaraq, biz bunun öhdəsindən gəldik. Növbəti il nazirlik 3 milyon ağac əkməyi planlaşdırır.
BAKI, 29 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il 2 milyon ağac əkib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, ağacların 1 milyonu "Yaşıl marafon" çərçivəsində əkilib.
"Bu il hədəfimiz 2 milyon ağac əkmək idi. Dünyanı cənginə alan pandemiya şəraitinin davam etməsinə baxmayaraq, biz bunun öhdəsindən gəldik. Növbəti il nazirlik 3 milyon ağac əkməyi planlaşdırır," - deyə nazir müavini bildirib.
Topxana meşəsinin bərpası işləri görülür
O qeyd edib ki, Topxana meşəsinin bərpası işləri görülür. Ərazinin minalı olması işləri tam sürətlə görməyə imkan vermir: "Ərazilər minadan təmizləndikcə daha çox iş görüləcək. Bu il işğaldan azad olunmuş ərazilərdə 20 mindən çox ting əkilib, 3 tona yaxın toxum səpilib".
Xatırladaq ki, Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib.
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın düşmən tapdağından azad edilməsi tarixi Qələbəmizin simvoludur. İşğaldan azad olunmuş ərazilərdə son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir, ermənilərin ekoloji sistemə vurduqları ziyan aradan qaldırılır.
İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirilib.
Noyabrın 8-də qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağaçəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkilib, əraziyə 100 kiloqram palıd toxumu səpilib.