https://sputnik.az/20220113/sabiq-deputat-agaclari-niye-kesib-bas-prokurorluqdan-aciqlama-438125726.html
Sabiq deputat ağacları niyə kəsib? Baş Prokurorluqdan açıqlama
Sabiq deputat ağacları niyə kəsib? Baş Prokurorluqdan açıqlama
Sputnik Azərbaycan
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv, şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb. 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T14:37+0400
2022-01-13T14:37+0400
2022-01-13T14:37+0400
deputat
paytaxt xəbərləri
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/41145/06/411450680_0:66:1920:1146_1920x0_80_0_0_1135f800e7ef2f9e5ba47523456171c9.jpg
BAKI, 13 yanvar — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi barədə Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilmiş, zəruri şəxslərin izahatları alınıb, xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv, şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.Xatırladaq ki, Nəriman Əliyev Milli Məclisin IV-V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41145/06/411450680_0:0:1920:1440_1920x0_80_0_0_7fabd180095cdebe3da1c3119a2f8a78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
baş prokurorluq deputatın ağacları niyə kəsdiyini açıqladı
baş prokurorluq deputatın ağacları niyə kəsdiyini açıqladı
Sabiq deputat ağacları niyə kəsib? Baş Prokurorluqdan açıqlama
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv, şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.
BAKI, 13 yanvar — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi barədə Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilmiş, zəruri şəxslərin izahatları alınıb, xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv, şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.
Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Xatırladaq ki, Nəriman Əliyev Milli Məclisin IV-V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.