https://sputnik.az/20220119/azerisiqin-kommunikasiya-strategiyasi-hazirlanib-438319453.html
"Azərişıq"ın Kommunikasiya Strategiyası hazırlanıb
"Azərişıq"ın Kommunikasiya Strategiyası hazırlanıb
Sputnik Azərbaycan
"Azərişıq" elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Strategiyası tərtib edib.
2022-01-19T18:15+0400
2022-01-19T18:15+0400
2022-01-19T18:15+0400
azərişıq
cəmiyyət
əlaqə
strategiya
https://cdnn1.img.sputnik.az/img/41753/03/417530387_0:0:1001:563_1920x0_80_0_0_3121296f6a0fb61f085bbfbb0e2c762d.jpg
BAKI, 19 yanvar — Sputnik. "Azərişıq" ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma" üzrə İşçi Qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir. Bu məqsədlə İşçi Qrupu tərəfindən 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanması qərara alınıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası"nın təqdimat mərasimində "Azərişıq" ASC-nin "ASAN xidmət"lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə deyib.O bildirib ki, həmin qərarın icrası ilə əlaqədar olaraq "Azərişıq" ASC beynəlxalq reytinqə sahib olan "Deloitte" şirkəti ilə əməkdaşlıq edərək elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib edib."ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur", - deyə o əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Vətəndaşların şikayətinə daha tez baxılacaq - artıq AMİS var!Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıbRiskli vergi ödəyiciləri ilə bağlı məlumatları əldə etmək asanlaşdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41753/03/417530387_0:0:835:626_1920x0_80_0_0_3e4094cece4d875f40b485a694585333.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"azərişıq"ın kommunikasiya strategiyası hazırlanıb
"azərişıq"ın kommunikasiya strategiyası hazırlanıb
"Azərişıq"ın Kommunikasiya Strategiyası hazırlanıb
Strategiya elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edəcək.
BAKI, 19 yanvar — Sputnik. "Azərişıq" ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma" üzrə İşçi Qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir. Bu məqsədlə İşçi Qrupu tərəfindən 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanması qərara alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası"nın təqdimat mərasimində "Azərişıq" ASC-nin "ASAN xidmət"lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə deyib.
O bildirib ki, həmin qərarın icrası ilə əlaqədar olaraq "Azərişıq" ASC beynəlxalq reytinqə sahib olan "Deloitte" şirkəti ilə əməkdaşlıq edərək elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib edib.
"ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb