https://sputnik.az/20211122/susa-qorugunda-asan-in-elektron-sened-dovriyyesinin-tetbiqine-baslanilib-436537914.html
Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb
Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb
Sputnik Azərbaycan
Proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək. 22.11.2021, Sputnik Azərbaycan
2021-11-22T10:34+0400
2021-11-22T10:34+0400
2021-11-22T10:37+0400
qarabağ
hökumət
şuşa
asan
elektron
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428032471_0:321:3071:2048_1920x0_80_0_0_d975fa42a6291927c3d1a327d4b9acff.jpg
BAKI, 22 noyabr — Sputnik. Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) "Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi" (MESD) proqramının tətbiqinə başlayıb.Sputnik Azərbaycan xəbər verir ki, proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, Şuşa özünün intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur:Noyabr ayının 17-də "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin (EHİM) direktoru Fariz Cəfərov Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları üçün MESD, "ASAN Login", "myGov", İnsan resurslarının idarə olunması sistemi və digər uğurlu layihələr haqqında ətraflı məlumat verib. Təqdimat zamanı Fariz Cəfərov dövlət qurumları tərəfindən göstərilən xidmətlərin "ASAN xidmət index"i vasitəsilə qiymətləndirildiyini bildirib.Treninqin sonunda süni intellekt, "Big Data" texnologiyasına artan tələbat və 4-cü sənaye inqilabı dövründə Azərbaycanın çağırışları mövzusunda da fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428032471_223:0:2954:2048_1920x0_80_0_0_4a3f302fe388b2a63dc303d7ebbf1dcc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hökumət, şuşa, asan, elektron
hökumət, şuşa, asan, elektron
Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb
10:34 22.11.2021 (Yenilənib: 10:37 22.11.2021) Proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək.
BAKI, 22 noyabr — Sputnik. Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) "Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi" (MESD) proqramının tətbiqinə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, Şuşa özünün intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur:
"Bir çox yerli və xarici şirkətlər Şuşanın bərpasında iştirakdan qürur duyur, amma bu işlərin operativ təşkili, həm dövlət, həm də özəl şirkətlərlə sənəd dövriyyəsinin müasir formada təmin olunması vacib prioritetlərdən birinə çevrilib. Müasir tələblərə cavab verən hər bir təşkilatda sənəd dövriyyəsinin elektronlaşdırılması tapşırıqların icrasının effektivliyini, əməkdaşın iş qabiliyyətini və bacarıqlarını müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan qeyd olunan sahədə böyük təcrübə qazanmış "ASAN xidmət" ilə əməkdaşlığa başlamağımızı vacib mərhələ kimi qiymətləndiririk".
Noyabr ayının 17-də "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin (EHİM) direktoru Fariz Cəfərov Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları üçün MESD, "ASAN Login", "myGov", İnsan resurslarının idarə olunması sistemi və digər uğurlu layihələr haqqında ətraflı məlumat verib. Təqdimat zamanı Fariz Cəfərov dövlət qurumları tərəfindən göstərilən xidmətlərin "ASAN xidmət index"i vasitəsilə qiymətləndirildiyini bildirib.
Treninqin sonunda süni intellekt, "Big Data" texnologiyasına artan tələbat və 4-cü sənaye inqilabı dövründə Azərbaycanın çağırışları mövzusunda da fikir mübadiləsi aparılıb.