https://sputnik.az/20211207/riskli-vergi-odeyicileri-ile-bagli-melumatlari-elde-etmek-asanlasdi-437044370.html
Riskli vergi ödəyiciləri ilə bağlı məlumatları əldə etmək asanlaşdı
Riskli vergi ödəyiciləri ilə bağlı məlumatları əldə etmək asanlaşdı
Sputnik Azərbaycan
Bu ilin mart ayından etibarən riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. 07.12.2021, Sputnik Azərbaycan
2021-12-07T19:02+0400
2021-12-07T19:02+0400
2021-12-07T19:02+0400
manat
iqtisadiyyat
vergi
risk
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268558_0:30:2000:1155_1920x0_80_0_0_fb08f7cf84864fbc551be37bad58e381.jpg
BAKI, 7 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanını daha da asanlaşdırıb.Sputnik Azərbaycan xəbər verir ki, indiyədək vergi ödəyicisi digər ödəyicinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən "ASAN imza") vasitəsilə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) "Onlayn kargüzarlıq və e-VHF" bölməsinə daxil olaraq "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə etməli idi. Artıq bu məlumatı www.e-taxes.gov.az saytının "Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi" bölməsindən (https://www.e-taxes.gov.az/ebyn/risk/ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür.Qeyd edək ki, yenilik riskli vergi ödəyicilərinin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Bu ilin mart ayından etibarən, riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Çünki hər hansı vergi ödəyicisinin belə ödəyicilərlə əməliyyatlar aparması onun özü üçün də risklərin yaranması deməkdir. Bu, həm səyyar vergi yoxlamalarının, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268558_227:0:2000:1330_1920x0_80_0_0_10c8138c8034ed45f376d9de0cf33d6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
manat, vergi, risk
Riskli vergi ödəyiciləri ilə bağlı məlumatları əldə etmək asanlaşdı
Bu ilin mart ayından etibarən riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur.
BAKI, 7 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanını daha da asanlaşdırıb.
Sputnik Azərbaycan xəbər verir ki, indiyədək vergi ödəyicisi digər ödəyicinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən "ASAN imza") vasitəsilə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) "Onlayn kargüzarlıq və e-VHF" bölməsinə daxil olaraq "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə etməli idi. Artıq bu məlumatı www.e-taxes.gov.az saytının "Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi" bölməsindən (https://www.e-taxes.gov.az/ebyn/risk/ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür.
Qeyd edək ki, yenilik riskli vergi ödəyicilərinin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Bu ilin mart ayından etibarən, riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Çünki hər hansı vergi ödəyicisinin belə ödəyicilərlə əməliyyatlar aparması onun özü üçün də risklərin yaranması deməkdir. Bu, həm səyyar vergi yoxlamalarının, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.