Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vətəndaşların şikayətinə daha tez baxılacaq - artıq AMİS var!

© AFP 2024 / YASUYOSHI CHIBAOfisdə iş, arxiv şəkli
Ofisdə iş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
Osman Gündüz: hökumət və icra qurumları ilə birbaşa əlaqələr qurmaq üçün rəqəmsal həllərə ciddi ehtiyac var.
BAKI, 14 dekabr — Sputnik. Kommunal problemlərlə bağlı vətəndaşların müraciətlərinə baxılması elektronlaşdırılır. Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Əsasnaməyə əsasən "ASAN Müraciət" İnformasiya Sistemi (AMİS) yaradılır.
AMİS ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə, operativ surətdə sistemin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarına göndərilməsini və istifadəçi tərəfindən həmin müraciətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edəcək.
Maraqlıdır, bu sistem nə dərəcədə effektiv olacaq və hansı çatışmazlıqları ortaya çıxaracaq?
İnformasiya və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında yeni sistemin fəaliyyəti ilə bağlı gözləntilərindən danışaraq bildirib ki, vətəndaşların irad və təkliflərini bildirmək, hökumət və icra qurumları ilə birbaşa əlaqələr qurmaq üçün rəqəmsal həllərə ciddi ehtiyac var:
© Photo : BizplusПрезидент Интернет-форума Азербайджана Осман Гюндуз
Президент Интернет-форума Азербайджана Осман Гюндуз - Sputnik Azərbaycan, 1920, 13.12.2021
Президент Интернет-форума Азербайджана Осман Гюндуз

""ASAN müraciət" İnformasiya Sistemi vasitəsilə vətəndaş operativ olaraq həmin qurumlarla birbaşa əlaqələndirilmiş olur. Burada yəqin ki, vətəndaş müraciətinin izlənmə prosesini də görə biləcək. Yəni, müraciət hara çatıb, ona necə baxılır, icra olundu, ya yox?! Bu səbəbdən də düşünürəm ki, "ASAN müraciət" çox əhəmiyyətli bir sistemdir".

O.Gündüz deyir ki, bu sistem vasitəsilə həm maariflənmə işlərini aparmaq mümkün olacaq, həm də yerlərdə mövcud problemləri bu sistem vasitəsilə daha operativ şəkildə aradan qaldırmaq mümkün olacaq:
""ASAN müraciət" sistemində gərək ki, vaxtaşırı statistikalar dərc olunsun. Ümumi müraciət edənlərin sayı, əsas müraciətlər nə ilə bağlıdır, onların neçəsi icra olunub və neçəsi baxılma prosesindədir, neçəsinə baxılmaqdan imtina edilib və s. Bu sistem həm də vətəndaşa ictimai nəzarət imkanı verəcək. ASAN-ın özü də ehtimal ki, proseslərə nəzarətlə bağlı əlavə səlahiyyət əldə edəcək. Gərək ki, sistem vətəndaş, media və sosial media üçün faydalı informasiyalar yerləşdirsin. Yəni, ümumiləşdirilmiş infoqrafika yerləşdirilməlidir ki, istənilən vətəndaş sistemə daxil olarkən faydalı məlumatlar ala bilsin".
Ekspert bildirir ki, bu əlaqədə ASAN-ın iştirakı həm də o deməkdir ki, vətəndaş müraciətinin icrası haqda məlumatları işıqlandıra biləcək:

"Bu da əlavə bir ictimai qınaq yaradacaq. Bundan başqa, biz bilmək istəyirik ki, vətəndaş daha çox nədən və hansı qurumdan şikayətlidir".

O.Gündüz onu da bildirir ki, ümumiyyətlə, xidmət sektorunda çalışan bütün qurumların, bankların, mobil operatorların da AMİS-də yer alması yaxşı olardı.
Qeyd edək ki, vətəndaşların şikayətini ünvanlayacağı "ASAN müraciət" informasiya sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə, operativ surətdə AMİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarına göndərilməsini və istifadəçi tərəfindən həmin müraciətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsini təmin edəcək.
 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova - Sputnik Azərbaycan, 1920, 23.11.2021
PAYTAXT XƏBƏRLƏRİ
Azərbaycanda 87 yaşlı kişi evləndi - FOTO
Vətəndaşların şikayətini birbaşa olaraq əlaqədar qurumlara yönləndirəcək AMİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. AMİS-dən istifadə ödənişsiz olacaq.
Yeni sistemin fəaliyyətində iştirak edən qurumların siyahısı belədir:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
2. Yerli icra hakimiyyəti orqanları
3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
4. Dənizkənarı Bulvar İdarəsi
5. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
6. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti
7. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti
8. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti
9. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti
10. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi
Bu sistemin fəaliyyətə başlaması ilə vətəndaş müraciəti daha da asanlaşacaq, onun şikayətlərinə daha tez baxılacaq.
Həmçinin oxuyun:
Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb
Riskli vergi ödəyiciləri ilə bağlı məlumatları əldə etmək asanlaşdı
Xəbər lenti
0