SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vaşinqtonun yanaşması Azərbaycanın balanslaşdırılmış siyasəti ilə uzlaşmır – Ekspertlər

© REUTERS / JOSHUA ROBERTSVaşinqton
Vaşinqton - Sputnik Azərbaycan, 1920, 14.01.2022
Abunə olmaq
Ekspert: Hazırkı demokrat Bayden Administrasiyasında erməni lobbisi və ermənipərəst qüvvələrin güclü olması heç kimə sirr deyil.
BAKI, 14 yanvar — Sputnik. "Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir, neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yerli telekanallara müsahibəsində bildirib.
"Təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. Birincisi, Ermənistanı dırnaqarası "demokratiya zirvəsinə" dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. Yəni bu, açıq ayrı-seçkilikdir. İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. O, başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası "zirvə görüşündə" iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir və bu, onların öz işidir. Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və əlbəttə ki, öz siyasətimizdə bunu nəzərə alacağıq", - deyə Prezident bildirib.
© Photo : Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Filadelfiya şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldıldı
Filadelfiya şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldıldı - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Filadelfiya şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldıldı
Sputnik Azərbaycan məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT) şöbə müdiri, politoloq Fuad Çıraqov "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə ilə həmsöhbət olub.
Fuad Çıraqov qeyd edib ki, hazırkı demokrat Bayden administrasiyasında erməni lobbisi və ermənipərəst qüvvələrin güclü olması heç kimə sirr deyil:

"Onlar keçən il xüsusi ilə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi xoşagəlməz, mövcud reallığa uyğun olmayan çıxışlar etmişdi. Maraqlı məqam ondan ibarətdir ki, Ermənistan, Paşinyan hökuməti öz yürütdüyü siyasəti ilə faktiki olaraq ABŞ-ın bütün maraqlarına ziyan vuran siyasət yeridir. Amma nədənsə, ərköyün övlad kimi Ermənistana bütün etdikləri bağışlanılır".

BMTM-nın şöbə müdiri qeyd edib ki, Azərbaycanın balanslı siyasət yeritməsinə baxmayaraq, rəsmi Vaşinqton tərəfindən müvafiq yanaşma ilə qarşılanmır:
"Azərbaycanın demokratiya sammitinə dəvət olunmaması, Azərbaycanın Təhlükəsizlik Şurasının və digər rəsmilərinin ABŞ-a dəvət olunmaması və sair məsələlər Azərbaycana olan ikili münasibətlərin göstəricisidir".
İlqar Vəlizadə isə hesab edir ki, hazırkı ABŞ Prezidentinin Administrasiyası post müharibə dövrünün reallıqlarını olduğu kimi nəzərə almır və Ermənistanla sanki bir oyun oynayır:
© Sputnik / Murad OrujovПолитолог Ильгар Велизаде
Политолог Ильгар Велизаде - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Политолог Ильгар Велизаде
"Qeyd etmək istəyirəm ki, əvvəlki ABŞ Prezidentlərinin Administrasiyaları Qafqaz ölkələrinə münasibətdə daha ehtiyatlı davranır, neytral mövqedən çıxış edirdlər. Lakin hazırkı Administrasiya sanki Rusiyaya qarşı çıxaraq qərbpərəst Ermənistan, qərbpərəst Paşinyanla daha sıx münasibətlər yaratmağa çalışır. Ermənistan regionda zəif bənddir və bu zəif bəndlə hansısa oyunların aparılması, hansısa siyasi proseslərin həyata keçirilməsi regionda sabitliyə təsir edə bilər".
Həmçinin oxuyun:
Minsk qrupu Qafqazdakı yeni reallığa uyğunlaşmalı, ya da... – ŞƏRH
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır - Zaxarova
Ermənilər Kəlbəcərdən sonra Tovuzda da təxribat törətdilər
Kəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb
Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
Xəbər lenti
0