Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Minsk qrupu Qafqazdakı yeni reallığa uyğunlaşmalı, ya da... – ŞƏRH

© Sputnik / Stringer / Mediabanka keçidATƏT-in avtomobili, arxiv şəkli
ATƏT-in avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
ATƏT-in Minsk qrupu fəaliyyətini davam elətdirmək istəyirsə, bu fəaliyyət regionda yaranan yeni şəraitə uyğun olmalıdır.
BAKI, 13 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yerli telekanallara müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə, daha doğrusu fəaliyyətsizliyinə toxunub. Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub:
"Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər".
İlham Əliyev, həmçinin vurğulayıb ki, həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur:

"Mənim mülahizələrim buna dəlalət edir. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər".

"Mənim mülahizələrim buna dəlalət edir. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər".
Sputnik Azərbaycan məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev, həmçinin Beynəxlaq Münasibətlərin Təhlili Mərkəzinin şöbəsinin müdiri Fuad Çıraqovla həmsöhbət olub.
Milli Məclisin deputatı Arzu Nağıyev xatırladıb ki, 44 günlük müharibədən sonra ATƏT-in Minsk qrupu yenidən regiona qayıtmağa çalışdı:
"Məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunan dövlətlər BMT Təhlükəsizlik Şurasının da üzvləri, nüvə silahına malik dövlətlərdir. Bu dövlətlər təsir mexanizminə malikdir. Çox təəssüflər olsun ki, onlar deklarativ bəyanatlar verir, kimin təxribat törətdiyini, kimin təxribata məruz qaldığını aşıq şəkildə demirlər. Bu isə öz növbəsində Azərbaycanla Ermənistan arasında gərginliyi artır. Bu da öz növbəsində Qafqaz regionunda təhlükəsizliyə olan təhdidi, ыon nəticədə isə beynəxlaq təhlükəsizliyə olan təhdidi artırır. Bunu ATƏT, ATƏT-in Minsk qrupu da baş düşməlidir".
© Sputnik / Murad OrujovПолитолог Арзу Нагиев
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Политолог Арзу Нагиев
Deputat xatırladıb ki, Kəlbəcər istiqamətində son insidentdən sonra ATƏT yenə də tərəfləri sülhə çağırmağa dair adi bir bəyanatla sakitləşdilər:
"Azərbaycan – Ermənistan arasında sülh sazişinin niyə imzalanmaması, delimitasiya və demarkasiya işlərinin aparılmaması barədə isə sadəcə susurlar".
BMTM-nın Fuad Çıraqov isə qeyd edib ki, Azərbaycan daha əvvəl də ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyini səsləndirmişdi:
"ATƏT-in Minsk qrupu fəaliyyətini davam elətdirmək istəyirsə, bu fəaliyyət regionda yaranan yeni şəraitə uyğun olmalıdır. Qurum artıq münaqişə həlli məsələsi ilə məşğul olmamalıdır. Çünki artıq Qarabağ münaqişəыш bitib, yoxdur. ATƏT-in Minsk qrupu, həmsədrlər iki ölkə - Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün təkliflər irəli sürəcəksə, yeni reallığa uyğunlaşa biləcəksə, öz fəaliyyətini davam etdirə bilər. Prezident də qeyd etdi ki, ATƏT-in Minsk qrupu regionda yeni reallıqlara uyğun gündəliyini formlaşdıra bilmir".
Həmçinin oxuyun:
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır - Zaxarova
Ermənilər Kəlbəcərdən sonra Tovuzda da təxribat törətdilər
Kəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb
Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
Xəbər lenti
0