https://sputnik.az/20220113/rusiya-azerbaycan-ermenistan-serhedinde-veziyyetin-gerginlesmesinden-narahatdir---zaxarova-438141947.html
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır - Zaxarova
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır - Zaxarova
Sputnik Azərbaycan
Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən... 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T18:29+0400
2022-01-13T18:29+0400
2022-01-13T18:29+0400
rusiya
sərhəd
ermənistan
mariya zaxarova
gərginlik
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434194613_0:0:3019:1699_1920x0_80_0_0_0f53c64eb1610ab4cd1e219e55bfd63b.jpg
BAKI, 13 yanvar - Sputnik. Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır və tərəfləri bütün mübahisəli məsələləri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırır. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib."Biz Ermənistan-Azərbaycan sərhədində növbəti gərginləşmədən ciddi narahatıq. Biz tərəfləri zorakı üsullardan istifadə etməməyə və bütün mübahisəli məsələləri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırırıq", - deyə diplomat bildirib.Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.Ermənistan tərəfi 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi, Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.Həmçinin oxuyun:Ermənilər Kəlbəcərdən sonra Tovuzda da təxribat törətdilərKəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıbErmənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434194613_0:0:2729:2047_1920x0_80_0_0_cffb26c229616bde1fdd06129e4ca419.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhəd, ermənistan, mariya zaxarova, gərginlik, azərbaycan
sərhəd, ermənistan, mariya zaxarova, gərginlik, azərbaycan
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır - Zaxarova
Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
BAKI, 13 yanvar - Sputnik. Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır və tərəfləri bütün mübahisəli məsələləri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırır. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz Ermənistan-Azərbaycan sərhədində növbəti gərginləşmədən ciddi narahatıq. Biz tərəfləri zorakı üsullardan istifadə etməməyə və bütün mübahisəli məsələləri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırırıq", - deyə diplomat bildirib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Ermənistan tərəfi 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi, Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
Kəlbəcərdə
şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb