QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub

© AR Ministry of DefenceAzərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli
Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
BAKI, 8 yanvar - Sputnik. Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında atəşkəs barədə üçtərəfli bəyanat imzalanmasına rəğmən, həmin vaxtdan etibarən Ermənistan silahlı qüvvələrinin ölkəmizin sərhədində, həmçinin rusiyalı sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təxribatları səngimir.
Sonuncu dəfə Ermənistan tərəfi 2021-ci il dekabrın 8-10 aralığında Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub. Həmin vaxt, dekabrın 8-də Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Həmçinin oxuyun:
* Kəlbəcər istiqamətində Ermənistanın növbəti təxribatı dayandırılıb
Xəbər lenti
0