https://sputnik.az/20220114/ktmt-nin-uc-olkeden-olan-sulhmeramlilari-qazaxistani-terk-edib-438150891.html
KTMT-nin üç ölkədən olan sülhməramlıları Qazaxıstanı tərk edib
KTMT-nin üç ölkədən olan sülhməramlıları Qazaxıstanı tərk edib
Sputnik Azərbaycan
Təyyarədə Tacikistandan olan hərbçilərlə birlikdə Qazaxıstan Quru Qoşunları Hərbi İnstitutunun 31 nəfərlik kursant qrupu da var. Onlar tətil üçün evlərinə... 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T08:44+0400
2022-01-14T08:44+0400
2022-01-14T08:44+0400
dünya xəbərləri
qazaxıstan
sülhməramlı
tərk etmək
https://cdnn1.img.sputnik.az/img/07e6/01/08/437974116_0:31:3530:2017_1920x0_80_0_0_c51b31ec5fb5d6c95107ea4e80b36cd8.jpg
BAKI, 14 yanvar - Sputnik. Ermənistan və Tacikistandan olan KTMT sülhməramlıları Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının dörd təyyarəsi ilə Qazaxıstanı tərk ediblər.Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, İl-76 təyyarələri Almatı hava limanından havaya qalxıb.Ermənistandan olan hərbçilər üç təyyarə ilə, Tacikistan hərbçiləri isə bir təyyarə ilə havaya qalxıblar. Belə ki, Tacikistan sülhməramlıları Qazaxıstana özləri ilə hərbi texnika aparmayıblar.Təyyarədə Tacikistandan olan hərbçilərlə birlikdə Qazaxıstan Quru Qoşunları Hərbi İnstitutunun 31 nəfərlik kursant qrupu da var. Onlar tətil üçün evlərinə gedib.Qeyd edək ki, KTMT əməliyyatının qərargahı da həmin təhsil ocağında yerləşirdi.Elə bu gün səhər Qırğızıstan silahlı qüvvələrinin bölmələri də evlərinə getdilər. Lakin onlar təyyarələrlə deyil, yerüstü nəqliyyatla yola düşüblər. KTMT-nin Qazaxıstanda keçirilən sülhməramlı əməliyyatında Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan kontingentləri iştirak edib.Qeyd edək ki, dünən axşam saatlartında Qazaxıstanda sülhməramlı missiyanı yerinə yetirən Rusiya desantçıları da öz daimi bölmələrinə qayıtmağa başlayıblar.“Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının dörd İl-76md təyyarəsilə KTMT-nin kollektiv sülhməramlı qüvvələri tərkibində olan və Qazaxıstan Respublikasında sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirən Rusiya desantlarının ilk bölmələri daimi xidmət yerinə qaytarılıb”, - deyə Rusiya MN-nin məlumatında bildirilir.Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də KTMT sülhməramlı kontingentinin ölkədən sabah çıxarılacağını demişdi. O, sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib və görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığını bildirib.Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciət edib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.Həmçinin oxuyun:* ABŞ-ın Qazaxıstandan tələbi - jandarm iş başındadır* Tokayev KTMT missiyasının Qazaxıstandan çıxacağı vaxtı açıqladı* KTMT iclasında gözlənilməz təklif - Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/08/437974116_400:0:3131:2048_1920x0_80_0_0_85e35f2d24d4049d2545ed85819709d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt-nin üç ölkədən olan sülhməramlıları qazaxıstanı tərk edib
ktmt-nin üç ölkədən olan sülhməramlıları qazaxıstanı tərk edib
KTMT-nin üç ölkədən olan sülhməramlıları Qazaxıstanı tərk edib
Təyyarədə Tacikistandan olan hərbçilərlə birlikdə Qazaxıstan Quru Qoşunları Hərbi İnstitutunun 31 nəfərlik kursant qrupu da var. Onlar tətil üçün evlərinə gedib.
BAKI, 14 yanvar - Sputnik. Ermənistan və Tacikistandan olan KTMT sülhməramlıları Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının dörd təyyarəsi ilə Qazaxıstanı tərk ediblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, İl-76 təyyarələri Almatı hava limanından havaya qalxıb.
Ermənistandan olan hərbçilər üç təyyarə ilə, Tacikistan hərbçiləri isə bir təyyarə ilə havaya qalxıblar. Belə ki, Tacikistan sülhməramlıları Qazaxıstana özləri ilə hərbi texnika aparmayıblar.
Təyyarədə Tacikistandan olan hərbçilərlə birlikdə Qazaxıstan Quru Qoşunları Hərbi İnstitutunun 31 nəfərlik kursant qrupu da var. Onlar tətil üçün evlərinə gedib.
Qeyd edək ki, KTMT əməliyyatının qərargahı da həmin təhsil ocağında yerləşirdi.
Elə bu gün səhər Qırğızıstan silahlı qüvvələrinin bölmələri də evlərinə getdilər. Lakin onlar təyyarələrlə deyil, yerüstü nəqliyyatla yola düşüblər.
KTMT-nin Qazaxıstanda keçirilən sülhməramlı əməliyyatında Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan kontingentləri iştirak edib.
Qeyd edək ki, dünən axşam saatlartında Qazaxıstanda sülhməramlı missiyanı yerinə yetirən Rusiya desantçıları da öz daimi bölmələrinə qayıtmağa başlayıblar.
“Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının dörd İl-76md təyyarəsilə KTMT-nin kollektiv sülhməramlı qüvvələri tərkibində olan və Qazaxıstan Respublikasında sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirən Rusiya desantlarının ilk bölmələri daimi xidmət yerinə qaytarılıb”, - deyə Rusiya MN-nin məlumatında bildirilir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də KTMT sülhməramlı kontingentinin ölkədən sabah çıxarılacağını demişdi. O, sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib və görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığını bildirib.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciət edib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
*
KTMT iclasında gözlənilməz təklif - Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaq