https://sputnik.az/20220111/tokayev-ktmt-missiyasinin-qazaxistandan-cixacagi-vaxti-aciqladi-438041585.html
Tokayev KTMT missiyasının Qazaxıstandan çıxacağı vaxtı açıqladı
Tokayev KTMT missiyasının Qazaxıstandan çıxacağı vaxtı açıqladı
Sputnik Azərbaycan
Qazaxıstan prezidenti vurğulayıb ki, ölkəsinin KTMT-yə müraciət etməsi hüquqi cəhətdən əsaslandırılmışdı. 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T09:50+0400
2022-01-11T09:50+0400
2022-01-11T10:37+0400
dünya xəbərləri
qazaxıstan
sülhməramlılar
ktmt
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882176_0:0:2995:1685_1920x0_80_0_0_dedadc839aab46db45c624c33d78ed49.jpg
BAKI, 11 yanvar - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, KTMT-nin sülhməramlı kontingenti iki gün sonra ölkədən çıxarılacaq. "KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb, iki gün sonra KTMT birləşmiş sülhməramlı qüvvələrin mərhələli şəkildə çıxarılmasına başlayacaq. Kontingentin çıxarılma prosesi 10 gündən çox çəkməyəcək", - parlamentdə çıxış edən Tokayev bildirib.O əlavə edib ki, Qazaxıstanın KTMT-yə müraciət etməsi hüquqi cəhətdən əsaslandırılmışdı, əks halda Almatıya nəzarət əldən çıxA bilərdi. "Almatıya nəzarəti itirsək, paytaxtı, sonra isə ölkəni itirə bilərdik", - prezident deyib.Tokayev qeyd edib ki, Qazaxıstana qarşı terror müharibəsi başlamış, düşmən isə qəddarlıq nümayiş etdirmişdi. Bu gün Qazaxıstan parlamentinin aşağı palatası həmçinin Alixan Smayılovun baş nazir postuna namizədliyini təsdiqləyib.Tokayev baş nazirin sabiq naziri A.Smayılovun baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb. Qazaxıstan dövlət başçısı çıxışında ölkənin ilk prezidenti Nursultan Nazarbayevin fəaliyyəti haqda da danışıb. Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.Eləcə də oxuyun:* Tokayev Qazaxıstanda baş verənlərin əsl səbəblərini açıqladı* Putin: "KTMT sülhməramlıları Qazaxıstandan çıxarılacaq"* Qazaxıstanda vəziyyət tam nəzarətdədir, hadisələr zamanı ölənlərin isə sayı artıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882176_264:0:2995:2048_1920x0_80_0_0_87d1eb44514cdda0f0488a9740fa1a16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tokayev ktmt missiyasının qazaxıstandan çıxacağı vaxtı açıqladı
tokayev ktmt missiyasının qazaxıstandan çıxacağı vaxtı açıqladı
Tokayev KTMT missiyasının Qazaxıstandan çıxacağı vaxtı açıqladı
09:50 11.01.2022 (Yenilənib: 10:37 11.01.2022) Qazaxıstan prezidenti vurğulayıb ki, ölkəsinin KTMT-yə müraciət etməsi hüquqi cəhətdən əsaslandırılmışdı.
BAKI, 11 yanvar - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, KTMT-nin sülhməramlı kontingenti iki gün sonra ölkədən çıxarılacaq.
"KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb, iki gün sonra KTMT birləşmiş sülhməramlı qüvvələrin mərhələli şəkildə çıxarılmasına başlayacaq. Kontingentin çıxarılma prosesi 10 gündən çox çəkməyəcək", - parlamentdə çıxış edən Tokayev bildirib.
O əlavə edib ki, Qazaxıstanın KTMT-yə müraciət etməsi hüquqi cəhətdən əsaslandırılmışdı, əks halda Almatıya nəzarət əldən çıxA bilərdi.
"Almatıya nəzarəti itirsək, paytaxtı, sonra isə ölkəni itirə bilərdik", - prezident deyib.
Tokayev qeyd edib ki, Qazaxıstana qarşı terror müharibəsi başlamış, düşmən isə qəddarlıq nümayiş etdirmişdi.
Bu gün Qazaxıstan parlamentinin aşağı palatası həmçinin Alixan Smayılovun baş nazir postuna namizədliyini təsdiqləyib.
Tokayev baş nazirin sabiq naziri A.Smayılovun baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.
Qazaxıstan dövlət başçısı çıxışında ölkənin ilk prezidenti Nursultan Nazarbayevin fəaliyyəti haqda da danışıb.
"İlk prezident - yelbasının sayəsində ölkədə çox gəlirli şirkətlər və hətta dünya meyarlarına görə varlı insanların təbəqəsi meydana gəlib. Ona görə hökumət müvafiq şirkətlərin siyahısını hazırlayaraq onlardan (xalq) fond(un)a illik ödəniləcək haqqın məbləğini müəyyənləşdirməlidir. Bundan başqa, nəhəng vəsaitlərə malik, ancaq kölgədə qalmış adamlardan da aktiv iştirak gözləyirəm", - Tokayev deyib.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.