DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT iclasında gözlənilməz təklif - Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaq

© AFP 2024 / JAVED TANVEERƏfqanıstanda "Taliban" hərəkatının üzvü, arxiv şəkli
Əfqanıstanda Taliban hərəkatının üzvü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Ötən ilin avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
BAKI, 10 yanvar — Sputnik. Əfqanıstan ətrafında təhlükəsizlik kəmərinin yaradılmasını təklif edirik. Sputnik Azərbaycan xəbər verir ki, belə bir təkliflə Tacikistan Prezidenti Emoməli Rəhmon Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının növbədənkənar sessiyası zamanı bildirib.
"Tacikistan – Əfqanıstan sərhədində vəziyyət hər gün daha da gərginləşir, sərhəd boyunca taliblərin özləri arasında döyüşlər gedir. Təkcə ötən həftə, sərhədin bir hissəsində 11 talib öldürülüb, 18-i yaralanıb. Biz Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaratmalıyıq", - deyə Rəhmon bildirib.
Qeyd edək ki, ötən ilin avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib.
Xəbər lenti
0