https://sputnik.az/20220112/abs-in-qazaxistandan-telebi---jandarm-is-basindadir-438069606.html
ABŞ-ın Qazaxıstandan tələbi - jandarm iş başındadır
ABŞ-ın Qazaxıstandan tələbi - jandarm iş başındadır
Sputnik Azərbaycan
ABŞ-ın dünyada etdiklərinə baxdıqda bu ölkənin belə bir tələblə çıxış etmək üçün haqqı olmadığı görünər. 12.01.2022, Sputnik Azərbaycan
2022-01-12T10:00+0400
2022-01-12T10:00+0400
2022-01-12T10:00+0400
ktmt
təhlil
abş
qazaxıstan
nursultan nazarbayev
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438045303_0:0:3073:1728_1920x0_80_0_0_afee3269153e06cf5ec9b475f52cb14c.jpg
BAKI, 12 yanvar — Sputnik. ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun Qazaxıstan rəsmilərindən daxili iğtişaşları həll etmək üçün niyə Rusiyanın başçılıq etdiyi təhlükəsizlik qüvvələrini (KTMT) çağırmalı olduqlarına dair cavab istədiyini bildirib.Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsinə etiraz edən ABŞ Dövlət katibi Entoni Blinkenə cavab verib. XİN sözçüsü bildirib: "Əgər Entoni Blinken tarix dərslərini çox sevirsə, qoy o, bunu da desin: əgər amerikalılar sizin evinizə giriblərsə, qarət edilmək, təcavüzə uğramamaq və sağ qalmaq çətin ola bilər. Bunu bizə yaxın keçmiş yox, bütün 300 illik Amerika dövlətçiliyi öyrədir. Şimali Amerika qitəsinin yerliləri, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək istəməyən bir çox bədbəxt insan bu barədə çox şey danışa bilər".Sputnik Azərbaycan ABŞ-ın izah tələbi ilə bağlı ekspertlərin rəyini öyrənib. Mövzu ilə bağlı Sputnik Azərbaycan-a fikirlərini bölüşən Tofiq Abbasov bildirib ki, ABŞ özünü dünyada jandarm rolunda aparır: "ABŞ-ın dünyada etdiklərinə baxdıqda bu ölkənin belə bir tələblə çıxış etmək üçün haqqı olmadığı görünər. Qazaxıstan müstəqil ölkədir. Ölkədə yaranmış qeyri-stabil vəziyyətə görə üzv olduğu təşkilata müraciət edib və burada qeyri adi nəsə axtarmaq doğru deyil"."ABŞ-ın Qazaxıstanla bu tonda qarışmağa da haqqı yoxdur. Biz ABŞ-ın bir çox xalqların başına gətirdiyini unutmamışıq" - deyə politoloq qeyd edibPolitoloq Fərhad Məmmədovun fikrincə isə bir dövlətin başqa bir dövlətdən diplomatik etiketlə hər hansı bir hadisə ilə bağlı izahat istəməsi normal haldır: "ABŞ-ın belə bir tələbənin əsasında isə müyyən məqamlara diqqət etmək lazımdır. Bu ölkə son 16 ildə Qazaxıstana 45 milyard dollar investiya qoyub. Bilirik ki, sərmayə qoyuluşu üçün siyasi stabillik əsas tələblərdən biridir. ABŞ buna görə çox sürətlə cərəyan edən hadisələr fonunda Qazaxıstandan izahat tələb edir".Politoloqun sözlərinə görə, ABŞ kimi bir çox dövlətə KTMT-yə müraciət aydın olmadı: "Çünki belə bir müraciət üçün xarici təhdid olmalı idi. Amma görünən odur ki, Qazaxıstanda baş verənlərdə daxili terror qruplarının rolu var. Onlar Qazaxıstanın suverenliyini təhdid edir. Qazaxıstan hakimiyyəti də bu təhdidin xaricdən idarə olunduğu qənaətindədir. Hesab edirəm ki, bu izahat tələbi diplomatik münasibətlərə uyğun haldır. Ola bilər ki, ABŞ tərəfinin izahat tələbi sərt səslənib, amma bu ölkə üçün maraqlı məqamları nəzərə alsaq bu normaldır".Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438045303_0:0:2731:2048_1920x0_80_0_0_8a12282a6adfa27415e69b8c464cf724.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş qazaxıstan hadisələrinə niyə qarışır
abş qazaxıstan hadisələrinə niyə qarışır
ABŞ-ın Qazaxıstandan tələbi - jandarm iş başındadır
ABŞ-ın dünyada etdiklərinə baxdıqda bu ölkənin belə bir tələblə çıxış etmək üçün haqqı olmadığı görünər.
BAKI, 12 yanvar — Sputnik. ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun Qazaxıstan rəsmilərindən daxili iğtişaşları həll etmək üçün niyə Rusiyanın başçılıq etdiyi təhlükəsizlik qüvvələrini (KTMT) çağırmalı olduqlarına dair cavab istədiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana yeridilməsinə etiraz edən ABŞ Dövlət katibi Entoni Blinkenə cavab verib. XİN sözçüsü bildirib:
"Əgər Entoni Blinken tarix dərslərini çox sevirsə, qoy o, bunu da desin: əgər amerikalılar sizin evinizə giriblərsə, qarət edilmək, təcavüzə uğramamaq və sağ qalmaq çətin ola bilər. Bunu bizə yaxın keçmiş yox, bütün 300 illik Amerika dövlətçiliyi öyrədir. Şimali Amerika qitəsinin yerliləri, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək istəməyən bir çox bədbəxt insan bu barədə çox şey danışa bilər".
Sputnik Azərbaycan ABŞ-ın izah tələbi ilə bağlı ekspertlərin rəyini öyrənib. Mövzu ilə bağlı Sputnik Azərbaycan-a fikirlərini bölüşən Tofiq Abbasov bildirib ki, ABŞ özünü dünyada jandarm rolunda aparır: "ABŞ-ın dünyada etdiklərinə baxdıqda bu ölkənin belə bir tələblə çıxış etmək üçün haqqı olmadığı görünər. Qazaxıstan müstəqil ölkədir. Ölkədə yaranmış qeyri-stabil vəziyyətə görə üzv olduğu təşkilata müraciət edib və burada qeyri adi nəsə axtarmaq doğru deyil".
"ABŞ-ın Qazaxıstanla bu tonda qarışmağa da haqqı yoxdur. Biz ABŞ-ın bir çox xalqların başına gətirdiyini unutmamışıq" - deyə politoloq qeyd edib
Politoloq Fərhad Məmmədovun fikrincə isə bir dövlətin başqa bir dövlətdən diplomatik etiketlə hər hansı bir hadisə ilə bağlı izahat istəməsi normal haldır: "ABŞ-ın belə bir tələbənin əsasında isə müyyən məqamlara diqqət etmək lazımdır. Bu ölkə son 16 ildə Qazaxıstana 45 milyard dollar investiya qoyub. Bilirik ki, sərmayə qoyuluşu üçün siyasi stabillik əsas tələblərdən biridir. ABŞ buna görə çox sürətlə cərəyan edən hadisələr fonunda Qazaxıstandan izahat tələb edir".
Politoloqun sözlərinə görə, ABŞ kimi bir çox dövlətə KTMT-yə müraciət aydın olmadı: "Çünki belə bir müraciət üçün xarici təhdid olmalı idi. Amma görünən odur ki, Qazaxıstanda baş verənlərdə daxili terror qruplarının rolu var. Onlar Qazaxıstanın suverenliyini təhdid edir. Qazaxıstan hakimiyyəti də bu təhdidin xaricdən idarə olunduğu qənaətindədir. Hesab edirəm ki, bu izahat tələbi diplomatik münasibətlərə uyğun haldır. Ola bilər ki, ABŞ tərəfinin izahat tələbi sərt səslənib, amma bu ölkə üçün maraqlı məqamları nəzərə alsaq bu normaldır".
Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.