DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT sülhməramlı kontingenti Qazaxıstandan necə çıxarılacaq?

© REUTERS / TURAR KAZANGAPOVQazaxıstanda iğtişaşlar zamanı güc strukturlarının əməkdaşları
Qazaxıstanda iğtişaşlar zamanı güc strukturlarının əməkdaşları - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
KTMT-nin məlumatında bildirilir ki, sabah keçiriləcəyi planlaşdırılan iclas videokonfrans formatında olacaq.
BAKI, 12 yanvar - Sputnik. KTMT-nin Müdafiə Nazirləri Şurası növbədənkənar iclasa toplanacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda Şura KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması qaydasını təsdiqləyəcək.
Bundan əvvəl KTMT-nin saytında qeyd olunmuşdu ki, KTMT sülhməramlı kontingenti Qazaxıstandan yanvarın 13-də çıxarılmağa başlayacaq, proses on gün ərzində başa çatacaq.
KTMT-nin məlumatında bildirilir ki, sabah keçiriləcəyi planlaşdırılan iclas videokonfrans formatında olacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də KTMT sülhməramlı kontingentinin ölkədən sabah çıxarılacağını demişdi. O, sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib və görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığını bildirib.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciət edib.
O bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Həmçinin oxuyun:
* ABŞ-ın Qazaxıstandan tələbi - jandarm iş başındadır
* Tokayev KTMT missiyasının Qazaxıstandan çıxacağı vaxtı açıqladı
* KTMT iclasında gözlənilməz təklif - Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaq
Xəbər lenti
0