https://sputnik.az/20220111/sekerli-diabet-xestelerine-sad-xeber-azerbaycanda-onlar-ucun-derman-istehsal-edilib-438071012.html
Şəkərli diabet xəstələrinə şad xəbər: Azərbaycanda onlar üçün dərman istehsal edilib
Şəkərli diabet xəstələrinə şad xəbər: Azərbaycanda onlar üçün dərman istehsal edilib
Sputnik Azərbaycan
2022-ci ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır. 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T20:20+0400
2022-01-11T20:20+0400
2022-01-11T20:20+0400
səhiyyə
şəkərli diabet xəstəsi
diabet
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_0:0:3072:1728_1920x0_80_0_0_323caa8b3ddf4499553eff0a3902908e.jpg
BAKI, 11 yanvar - Sputnik. Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib.Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.Azərbaycanda nə qədər şəkər xəstəsi var?Bu günə qədər Azərbaycanda 270 minə yaxın diabet xəstəsi qeydiyyatdan keçib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev bildirib ki, son illərdə diabet xəstələrinin sayı 5-6 faiz artıb. Lakin bir çox insanlar şəkərli diabet xəstəsi olduğunu bilmir, ağırlaşdıqdan sonra məlumatlı olurlar. "Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır. Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş, dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır", - o , bildirib.Qeyd edək ki, şəkər endokrin sapmalar qrupuna aid patologiyadır. Bu xəstəlik qlükozanın orqanizmdə sorulması prosesinin pozulması ilə əlaqəlidir. Proses qlükozanın emalına cavab verən insulin hormonunun tamamilə, yaxud da qismən çatışmazlığından qaynaqlanır.Diabetin inkişaf səbəbləri müxtəlifdir. Ancaq hər il birinci tip diabet xəstələrinin sayı artır. Onun inkişafının əsl səbəbləri hələ aşkarlanmayəb. Amma güman edilir ki, bu, ekologiyanın korlanması, yaxud virus infeksiyaları ilə əlaqədardır. Xəstəliyin bu tipi daha çox uşaq və yeniyetmələr arasında müşahidə olunur.İkinci tip diabetə isə bədən çəkisi yüksək olan insanlarda, yaşlılarda, fiziki passiv həyat tərzi keçirənlərdə daha çox rast gəlinir. Həmçinin onu irsən "hədiyyə" alanlar olur.Həmçinin oxuyun:Azərbaycanda da şəkər xəstəliyindən xilas olmaq mümkündür - VİDEOÜç yüz minə yaxın diabet xəstəsi qeydiyyatdan keçibDiabet - şirin olmayan xəstəlik
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_341:0:3072:2048_1920x0_80_0_0_aa5f87bf0ed4197aad68a70cc67075e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanda şəkərli diabetlər üçün hansı dərman hazırlanır?
azərbaycanda şəkərli diabetlər üçün hansı dərman hazırlanır?
Şəkərli diabet xəstələrinə şad xəbər: Azərbaycanda onlar üçün dərman istehsal edilib
2022-ci ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.
BAKI, 11 yanvar - Sputnik. Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib.
Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır.
Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.
Azərbaycanda nə qədər şəkər xəstəsi var?
Bu günə qədər Azərbaycanda 270 minə yaxın diabet xəstəsi qeydiyyatdan keçib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev bildirib ki, son illərdə diabet xəstələrinin sayı 5-6 faiz artıb. Lakin bir çox insanlar şəkərli diabet xəstəsi olduğunu bilmir, ağırlaşdıqdan sonra məlumatlı olurlar.
"Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır. Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş, dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır", - o , bildirib.
Qeyd edək ki, şəkər endokrin sapmalar qrupuna aid patologiyadır. Bu xəstəlik qlükozanın orqanizmdə sorulması prosesinin pozulması ilə əlaqəlidir. Proses qlükozanın emalına cavab verən insulin hormonunun tamamilə, yaxud da qismən çatışmazlığından qaynaqlanır.
Diabetin inkişaf səbəbləri müxtəlifdir. Ancaq hər il birinci tip diabet xəstələrinin sayı artır. Onun inkişafının əsl səbəbləri hələ aşkarlanmayəb. Amma güman edilir ki, bu, ekologiyanın korlanması, yaxud virus infeksiyaları ilə əlaqədardır. Xəstəliyin bu tipi daha çox uşaq və yeniyetmələr arasında müşahidə olunur.
İkinci tip diabetə isə bədən çəkisi yüksək olan insanlarda, yaşlılarda, fiziki passiv həyat tərzi keçirənlərdə daha çox rast gəlinir. Həmçinin onu irsən "hədiyyə" alanlar olur.