Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda da şəkər xəstəliyindən xilas olmaq mümkündür - VİDEO

© Photo : courtesy of Mojtaba HashemzadehDr. Mojtaba Hashemzadeh
Dr. Mojtaba Hashemzadeh - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Azərbaycanla bağlı vəziyyəti dəyərləndirən Mojtaba Hashemzadehin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində də həkimlər düşünür ki, öncə piylənmə ilə mübarizə aparmaq lazımdır.
Azərbaycanda şəkərdən birdəfəlik xilas olmaq üçün yeni texnologiya - mədəkiçiltmə əməliyyatı reallaşdırılıb. Əməliyyatın unikallığı odur ki, xəstə uzun illər əziyyət çəkdiyi şəkərli diabet xəstəliyindən azad olub. Bariatrik və Estetik Cərrahı Prof. Dr. Mojtaba Hashemzadeh tərəfindən icra olunan əməliyyat dünyanın barmaqla sayılacaq ölkəsində həyata keçirilir.
© Photo : courtesy of Mojtaba HashemzadehDr. Mojtaba Hashemzadeh
Dr. Mojtaba Hashemzadeh - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Dr. Mojtaba Hashemzadeh
ABŞ, İsrail kimi ölkələrlə yanaşı, Azərbaycanda da reallaşdırılmasına başlanılan bu əməliyyat SASI bypass üsulu ilə mədəkiçiltmə əməliyyatıdır. Əməliyyat xəstəni həm artıq çəkidən, həm də şəkərli diabet xəstəliyindən xilas edir.
Ümumiyyətlə, genetikasında şəkər xəstəliyi olan, şəkər xəstəliyindən əziyyət çəkən şəxsləri ən çox düşündürən sual bu olub: Şəkərdən necə xilas olmaq olar?
Sputnik Azərbaycan iranlı həkim Mojtaba Hashemzadeh ilə bu mövzuda söhbətləşib.
© Photo : courtesy of Mojtaba HashemzadehDr. Mojtaba Hashemzadeh
Dr. Mojtaba Hashemzadeh - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Dr. Mojtaba Hashemzadeh
Mojtaba Hashemzadeh şəkər xəstəliyinin yaranmasında, geniş yayılmasında cəmiyyətdə "obez" adlandırdığımız həddindən artıq çəkinin böyük rolunun olduğunu deyib. O bildirib ki, hazırda dünya əhalisinin 30 faizi şəkər xəstəliyindən əziyyət çəkir:
"Orqanizmə piy yığıldığı zaman piylənmənin böyük fəsadları müşahidə olunmağa başlayır. Xüsusən də bunun mənfi təsirləri kimi şəkər xəstəliyinin yaranmasını, qan təzyiqinin yüksəlməsini, infarkt və digər xəstəlikləri müşahidə edə bilərik".
Azərbaycanla bağlı vəziyyəti dəyərləndirən Mojtaba Hashemzadehin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində də həkimlər düşünür ki, öncə piylənmə ilə mübarizə aparmaq lazımdır:

"Azərbaycana nəzər yetirdikdə, burada ət, yağ və spirtli içkilərin həddindən artıq istehlak olunduğunu görə bilərik. Məhz bu səbəbdən də şəkər və qaraciyərin piylənməsi halları çoxdur. Bu, anormallıq təşkil edir. Azərbaycanda icra etdiyim bariatrik əməliyyatla mədə kiçilir və bununla xəstə həm həddindən artıq çəki, həm də şəkər xəstəliyindən xilas olur. Bu əməliyyatla incə bağırsaqda şəkərin əmilməsinin istiqaməti dəyişdirilir".

Azərbaycanda şəkər xəstəliyinə səbəb ən əsas amil hansıdır, sualına cavab olaraq Mojtaba Hashemzadeh bildirib ki, ölkəmizdə həddindən artıq alkoqollu içki istehlakı şəkər xəstəliyinin yaranmasında başlıca səbəblərdəndir:
"Gərək ki, alkoqol istehlakı da müəyyən bir limitdə, qədərdə olsun. Hər kəs özü üçün limiti müəyyənləşdirməlidir. Bunun üçün gərək həmin şəxslər alkoqolun zərərləri haqda məlumatlı olsunlar".
© Photo : courtesy of Mojtaba HashemzadehHəkimin xəstəsi
Dr. Mojtaba Hashemzadeh - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Həkimin xəstəsi
Həkimin dediyinə görə, hərəkətliliyin azalması ilə əlaqədar olaraq, uşaqlarda piylənmə əhalinin 40%-dən çoxunu təşkil edir. Belə uşaqların qarşıdakı illərdə, müəyyən yaşa dolduqda şəkər xəstəsi olmaları proqnozlaşdırıla bilər.
Mojtaba Hashemzade əməliyyatlarının böyük hissəsini İranda icra edib. O, buna qədər 11 min bariatrik əməliyyat icra etdiyini bildirib:
"Bu əməliyyatların 30 faizini şəkər xəstəliyindən əziyyət çəkənlərin üzərində icra etmişəm. Bu sahədə 22 illik təcrübəm var və artıq 6 ildir ki, Azərbaycanda da şəkərdən xilas olmaq istəyənlər üzərində əməliyyatları icra edirəm. Azərbaycanda təxminən 200 xəstə üzərində şəkərdən xilas olmaq üçün bariatrik əməliyyatı icra etmişəm. Buradakı xəstələrim arasında azərbaycanlılar çoxluq təşkil etməsə də, müxtəlif ölkələrdən olan vətəndaşlar çoxdur. İngiltərə, Almaniya, Kanada, Türkiyə və bir sıra Avropa ölkələrindən gələn xəstələr üstünlük təşkil edir".
© Photo : courtesy of Mojtaba HashemzadehDr. Mojtaba Hashemzadeh
Dr. Mojtaba Hashemzadeh - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Dr. Mojtaba Hashemzadeh
Qarantiya olmasa da, təcrübə müsbət nəticələrini göstərir. Həkim sözlərinə görə, tibbdə qarantiya sözü yoxdur. Çünki bədənlər, orqanizmlər fərqlidir. Lakin xəstələrinin 95 faizi əməliyyatdan dərhal sonra nəticə görürlər. Onlar yenidən şəkər xəstəliyindən əziyyət çəkmirlər, şəkərə görə hər hansı dərman və preparat qəbul etmirlər.
"Ümumiyyətlə, xəstəlik və əməliyyatla bağlı müəyyən sualları olanları keçmiş pasiyentlərimin də olduğu "Telegram" və "WhatsApp" qruplarına əlavə edirəm. Şəkər və artıq çəkidən əziyyət çəkən şəxslər vaxtilə eyni problemdən əziyyət çəkmiş yüzlərlə şəxslə danışaraq, onların təcrübələrini öyrənərək əməliyyata qərar verirlər", - həkim deyib .
Mojtaba Hashemzadeh bildirir ki, Azərbaycanda bu əməliyyatın qiyməti 5-6 min manatdır.
Qeyd edək ki, həkimin xəstəsi, uzun illərdən sonra əməliyyatla şəkər xəstəliyindən xilas olan, iki ildən artıqdır şəkərsiz həyat yaşayan Mərcan Şəfəqi ilə də söhbətləşmişik. Mərcan Şəfəqi saytımıza açıqlamasında bildirib ki, yaşamaq, xəstəliklərdən azad olmaq, həyatdan zövq almaq istəyirdi və bu səbəbdən də əməliyyat olunmağa qərar verdi.
"Artıq divandan, yataqdan azad olmuşam. 10 ildən sonra nəhayət ki, iş tapıb işləyirəm. Həyat yoldaşım, övladlarım mənimlə qürur duyurlar. Elə bilirəm ki, əməliyyatdan sonra ikinci dəfə həyata gəlmişəm", - Mərcan Şəfəqi bildirib.
Xəbər lenti
0