Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Diabet - şirin olmayan xəstəlik

Abunə olmaq
Şəkərli diabet əlamətləri ilə həkimə müraciət edənlərin sayı ilbəil artır. Güman edilir ki, bu, ekologiyanın çirklənməsi, yaxud da virus infeksiyaları ilə əlaqədardır.
Azərbaycanda 600 minədək insan şəkərli diabetdən əziyyət çəkir. Həkimlər hesab edirlər ki, 2035-ci ilədək dünya üzrə bu xəstəliyinin daşıyıcılarının sayı daha da artacaq. Bu isə ölkələrin vətəndaşlarının səhhətinə xərclədiyi məsrəfləri çoxaldacaq.
Şəkərli diabet endokrin sapmalar qrupuna aid patologiyadır. Bu xəstəlik qlükozanın orqanizmdə sorulması prosesinin pozulması ilə əlaqəlidir. Proses qlükozanın emalına cavab verən insulin hormonunun tamamilə, yaxud da qismən çatışmazlığından qaynaqlanır.
Diabetin inkişaf səbəbləri müxtəlifdir. Ancaq hər il birinci tip diabet xəstələrinin sayı artır. Onun inkişafının əsl səbəbləri hələ aşkarlanmasa da, güman edilir ki, bu, ekologiyanın korlanması, yaxud da virus infeksiyaları ilə əlaqədardır. Xəstəliyin bu tipi daha çox uşaq və yeniyetmələr arasında müşahidə olunur.
İkinci tip diabetə isə bədən çəkisi yüksək olan insanlarda, yaşlılarda, fiziki passiv həyat tərzi keçirənlərdə daha çox rast gəlinir. Həmçinin onu irsən "hədiyyə" alanlar da olur.
Noyabrın 14-də Ümumdünya Diabetlə Mübarizə Günü qeyd olunur. Bu xəstəliklə bağlı statistik məlumatları Sputnik Azərbaycan-ın infoqrafikasında izləyə bilərsiniz.
Xəbər lenti
0