Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Üç yüz minə yaxın diabet xəstəsi qeydiyyatdan keçib

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidQanda qlükozanın miqdarının yoxlanılması
Qanda qlükozanın miqdarının yoxlanılması - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Şəkər endokrin sapmalar qrupuna aid patologiyadır. Bu xəstəlik qlükozanın orqanizmdə sorulması prosesinin pozulması ilə əlaqəlidir.
BAKI, 8 dekabr — Sputnik. Bu günə qədər Azərbaycanda 270 minə yaxın diabet xəstəsi qeydiyyatdan keçib. Sputnik Azərbaycan "Report"-a sitinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, son illərdə diabet xəstələrinin sayı 5-6 faiz artıb: "Lakin bir çox insanlar şəkərli diabet xəstəsi olduğunu bilmir və ağırlaşdıqdan sonra məlumatlı olurlar. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində şəkərli diabetlə bağlı müvafiq tibbi xidmətlər qarşılanır. Yenidoğulmuşların şəkərli diabeti, insulindən asılı şəkərli diabet, şəkərli diabetlə bağlı ağırlaşmaların dəqiqləşdirilmiş və dəqiqləşdirilməmiş bir çox halları və digər tibbi xidmətlər stasionar şəraitdə təminata alınır".
Qeyd edək ki, şəkər endokrin sapmalar qrupuna aid patologiyadır. Bu xəstəlik qlükozanın orqanizmdə sorulması prosesinin pozulması ilə əlaqəlidir. Proses qlükozanın emalına cavab verən insulin hormonunun tamamilə, yaxud da qismən çatışmazlığından qaynaqlanır.
Diabetin inkişaf səbəbləri müxtəlifdir. Ancaq hər il birinci tip diabet xəstələrinin sayı artır. Onun inkişafının əsl səbəbləri hələ aşkarlanmasa da, güman edilir ki, bu, ekologiyanın korlanması, yaxud da virus infeksiyaları ilə əlaqədardır. Xəstəliyin bu tipi daha çox uşaq və yeniyetmələr arasında müşahidə olunur.
İkinci tip diabetə isə bədən çəkisi yüksək olan insanlarda, yaşlılarda, fiziki passiv həyat tərzi keçirənlərdə daha çox rast gəlinir. Həmçinin onu irsən "hədiyyə" alanlar da olur.
Həmçinin oxuyun:
* Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək
* Böyrək köçürülməsi üçün növbədə olanlar donor tapa bilmirlər, qanunlar isə işləmir
* COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?
Xəbər lenti
0