DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan hakimiyyəti hibrid terrora məruz qalıb

© AP Photo / Vasily KrestyaninovQazaxıstanda vəziyyət
Qazaxıstanda vəziyyət - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Qazaxıstan hakimiyyəti və digər məqamlar rəngli inqilabların klassik variantlarını reallaşdırmağa imkan verməməkdə israrlıdır.
BAKI, 10 yanvar - Sputnik. Qazaxıstan hakimiyyəti hibrid terror hücumuna məruz qaldığını açıqlayıb bəyan edib.
Bu barədə Qazaxıstanın dövlət katibi Erlan Karin “Xabar24” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ehtimal olunur ki, bu hücumların mümkün məqsədi dövlət çevrilişi olub: “Düşünürəm ki, biz son məqsədi ümumi destabillik və mümkün dövlət çevrilişinin həyat keçirilməsi olan hibrid terror hücumu ilə üzləşmişik”.
E. Karin qeyd edib ki, bu terror aktlarının arxasında kimin dayandığı barədə suala xüsusi xidmət orqanları cavab verəcək.
“İş ondadır ki, ekspertlər bu hadisələri müxtəlif cür qiymətləndirir, bəziləri rəngli, məxməri inqilablarla müqayisə edir. Lakin düşünürəm ki, Qazaxıstana münasibətdə bu inqilablar az effektli olardı. Çünki bizim ölkəmizdə şərtlər fərqlidir. Hakimiyyətin mövqeyi qətiyyətlidir, eləcə də digər məqamlar rəngli inqilabların klassik variantlarını reallaşdırmağa imkan verməzdi”, - deyə Qazaxıstan dövlət katibi vurğulayıb.
Onun sözlərinə görə, burada söhbət daxili və xarici qüvvələrin hansısa qəsdindən gedə bilər: “Belə ki, Qazaxıstan vətəndaşları ilə yanaşı, əcnəbilər də terror qruplarının hücumlarının əsas iştirakçısı qismində çıxış ediblər”.
Xatırladaq ki, yanvarın ilkgünləri qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
Həmçinin oxuyun:
KTMT sessiyasında hələlik hansısa sənədin imzalanması planlaşdırılmır - Peskov
Tokayev göstəriş verdi: nəticələri aradan qaldırın
Nazarbayev TŞ sədrinin səlahiyyətlərindən özü əl çəkib
Dövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılar
Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
Xəbər lenti
0