DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev göstəriş verdi: nəticələri aradan qaldırın

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент Казахстана Касым-Жомарт Токаев, фото из архива
Президент Казахстана Касым-Жомарт Токаев, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Abunə olmaq
Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib.
BAKI, 9 yanvar - Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iğtişaşların nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Tokayev ölkədəki iğtişaşlar nəticəsində dağılmış obyektlərin bərpası ilə bağlı işlərə dərhal başlamağı əmr edib.
Xatırladaq ki, cümə günü axşam saatlarına olan məlumata görə, Qazaxıstana iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollar təşkil edir. Yanvarın 7-də saat 21.00-a (Bakıvaxtı ilə 19.00) Qazaxıstan Respublikasının on rayonunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 subyekt və 950 obyekt zərər görüb. Qazaxıstanda gərginlik Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb. Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb. Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib. RİA Novosti-nin məlumatına görə, Qırğızıstan da Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərib.
Həmçinin oxuyun:
Nazarbayev TŞ sədrinin səlahiyyətlərindən özü əl çəkib
Qazaxıstan bu gün: Nazarbayev səssizliyini pozdu
Dövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılar
Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
Xəbər lenti
0