https://sputnik.az/20220109/ktmt-sessiyasinda-helelik-hansisa-senedin-imzalanmasi-planlasdirilmir---peskov-438000985.html
KTMT sessiyasında hələlik hansısa sənədin imzalanması planlaşdırılmır - Peskov
KTMT sessiyasında hələlik hansısa sənədin imzalanması planlaşdırılmır - Peskov
Sputnik Azərbaycan
Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”.
2022-01-09T16:07+0400
2022-01-09T16:07+0400
2022-01-09T16:07+0400
rusiya
qazaxıstan
peskov
ktmt
https://cdnn1.img.sputnik.az/img/42297/57/422975736_0:0:2942:1656_1920x0_80_0_0_5c2c8decf0230ce6a7b4a2d3e4d18ebe.jpg
BAKI, 9 yanvar - Sputnik. KTMT Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.“Hələ yox” deyən agentliyin həmsöhbəti müvafiq sualı cavablandırıb.Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb.Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”.İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.Xatırladaq ki, yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib."Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilib.Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.Həmçinin oxuyun:Tokayev göstəriş verdi: nəticələri aradan qaldırınNazarbayev TŞ sədrinin səlahiyyətlərindən özü əl çəkibDövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılarPolitoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42297/57/422975736_143:0:2874:2048_1920x0_80_0_0_9a5ef14e8791b31e8c0df6c994beb772.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt sessiyasında hələlik hansısa sənədin imzalanması planlaşdırılmır - peskov
ktmt sessiyasında hələlik hansısa sənədin imzalanması planlaşdırılmır - peskov
KTMT sessiyasında hələlik hansısa sənədin imzalanması planlaşdırılmır - Peskov
Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb.
BAKI, 9 yanvar - Sputnik. KTMT Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
“Hələ yox” deyən agentliyin həmsöhbəti müvafiq sualı cavablandırıb.
Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb.
Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”.
İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.
Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Hərbi-Nəqliyyat Aviasiyasının təyyarələri vasitəsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Rusiyadan olan heyəti Qazaxıstana göndərilib.
Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.