https://sputnik.az/20220110/manatin-mezennesini-proqnozlasdirila-bilen-seviyyede-saxlamaq-neye-lazimdir-438017030.html
Manatın məzənnəsini proqnozlaşdırıla bilən səviyyədə saxlamaq nəyə lazımdır?
Manatın məzənnəsini proqnozlaşdırıla bilən səviyyədə saxlamaq nəyə lazımdır?
Sputnik Azərbaycan
Azərbaycanda inflyasiya ilə necə mübarizə aparmalı? Milli iqtisadiyyatı və valyutanı nələr gözləyir? Daha ətraflı videomuzda baxın. 10.01.2022, Sputnik Azərbaycan
2022-01-10T19:49+0400
2022-01-10T19:49+0400
2022-01-10T19:49+0400
video
manat
manatın devalvasiyası
proqnoz
məzənnə
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438016948_0:0:1920:1080_1920x0_80_0_0_026dede1dcaadd4d144f3d03f83c75f9.jpg
Böhran struktur xarakter daşıdığından dünya iqtisadiyyatı çətin dövrlərlə üzləşəcək. Bu, logistika və nəqliyyat dəhlizlərinə təsir edəcək.Sputnik Azərbaycan-ın həmsöhbəti, iqtisad elmləri doktoru Elşad Məmmədov qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələrində ciddi disbalans var.İqtisadi inteqrasiya, onun fikrincə, birgə investisiya layihələrinin həyata keçirilməsini təmin etməlidir ki, təsərrüfat subyektləri texnoloji zəncirlər baxımından sıx inteqrasiya etsinlər.Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, Azərbaycanda inflyasiya idxal olunur, çünki istehlak bazarında idxalın payı yüksəkdir, hətta ölkədə istehsal olunan mallar üçün belə.İqtisadçı əmindir ki, idxalın əvəzlənməsi, yəni xarici amillərdən asılılığın azaldılması inflyasiya ilə mübarizə baxımından ən vacib sahələrdən biridir. Manat risk zonasından çıxıb.Ekspert hesab edir ki, Azərbaycanda milli valyutanın məzənnəsi üçün fundamental risklər yoxdur.Professor onu da vurğulayıb ki, üzən məzənnə rejimi Azərbaycan iqtisadiyyatının xüsusiyyətlərinə uyğun gəlmir və valyuta bazarında volatilliyə və xaosa səbəb ola bilər.Sputnik Azərbaycan-ın həmsöhbəti əmindir ki, Azərbaycan Mərkəzi Bankı məzənnəni sabit və proqnozlaşdırıla bilən səviyyədə saxlamalıdır, çünki milli valyutanın məzənnəsi spekulyasiya mövzusu deyil.“Manatın məzənnəsi üçün ciddi problemlər yoxdur, lakin əsas tərəfdaşlarımız öz milli valyutalarını devalvasiya etsələr, istehsalçılarımız çətin vəziyyətə düşəcəklər”, - deyə Məmmədov yekunlaşdırıb.Həmçinin baxın:Ekspert Azərbaycanda ən çox yayılan kiberhücum növləri haqda Qeyri-adi tərzi ilə təəccübləndirən 94 yaşlı Zülfüqar babaAyağı ilə hisslərini vərəqə köçürən rəssamLerikli ustadan qeyri-adi əl işi: "Xarı bülbül"ü miniatür xalçaya köçürdüBakı və Moskva Yaxın Şərqdəki münaqişələrin həllində necə iştirak edir?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438016948_61:0:1501:1080_1920x0_80_0_0_0d6aad8cc6c9e6914fb81d517fd684aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manatın məzənnəsini proqnozlaşdırıla bilən səviyyədə saxlamaq nəyə lazımdır?
manatın məzənnəsini proqnozlaşdırıla bilən səviyyədə saxlamaq nəyə lazımdır?
Manatın məzənnəsini proqnozlaşdırıla bilən səviyyədə saxlamaq nəyə lazımdır?
Azərbaycanda inflyasiya ilə necə mübarizə aparmalı? Milli iqtisadiyyatı və valyutanı nələr gözləyir? Daha ətraflı videomuzda baxın.
Böhran struktur xarakter daşıdığından dünya iqtisadiyyatı çətin dövrlərlə üzləşəcək. Bu, logistika və nəqliyyat dəhlizlərinə təsir edəcək.
Sputnik Azərbaycan-ın həmsöhbəti, iqtisad elmləri doktoru Elşad Məmmədov qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələrində ciddi disbalans var.
"Təsadüfi deyil ki, yeni regional əməkdaşlıq formatları yaranır. Qlobal texnoloji və logistika zəncirləri iflasa uğramağa başlayır və bu şəraitdə regional əlaqələr prioritet istiqamətə çevrilir", - deyə Məmmədov bildirib.
İqtisadi inteqrasiya, onun fikrincə, birgə investisiya layihələrinin həyata keçirilməsini təmin etməlidir ki, təsərrüfat subyektləri texnoloji zəncirlər baxımından sıx inteqrasiya etsinlər.
Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, Azərbaycanda inflyasiya idxal olunur, çünki istehlak bazarında idxalın payı yüksəkdir, hətta ölkədə istehsal olunan mallar üçün belə.
İqtisadçı əmindir ki, idxalın əvəzlənməsi, yəni xarici amillərdən asılılığın azaldılması inflyasiya ilə mübarizə baxımından ən vacib sahələrdən biridir. Manat risk zonasından çıxıb.
Ekspert hesab edir ki, Azərbaycanda milli valyutanın məzənnəsi üçün fundamental risklər yoxdur.
"İstənilən valyutanın məzənnəsi tədiyyə balansından və xarici ticarətdəki işlərin vəziyyətindən asılıdır. İxracımız idxalı xeyli üstələyir, xarici ticarətdə müsbət saldo var. Bununla belə, kapitalın ixracı əhəmiyyətli proporsiyalara çatır ki, bu da öz növbəsində bir sıra iqtisadi göstəricilərə malikdir. Azərbaycan iqtisadiyyatı üçün problemdir”, - deyə Məmmədov bildirib.
Professor onu da vurğulayıb ki, üzən məzənnə rejimi Azərbaycan iqtisadiyyatının xüsusiyyətlərinə uyğun gəlmir və valyuta bazarında volatilliyə və xaosa səbəb ola bilər.
Sputnik Azərbaycan-ın həmsöhbəti əmindir ki, Azərbaycan Mərkəzi Bankı məzənnəni sabit və proqnozlaşdırıla bilən səviyyədə saxlamalıdır, çünki milli valyutanın məzənnəsi spekulyasiya mövzusu deyil.
“Manatın məzənnəsi üçün ciddi problemlər yoxdur, lakin əsas tərəfdaşlarımız öz milli valyutalarını devalvasiya etsələr, istehsalçılarımız çətin vəziyyətə düşəcəklər”, - deyə Məmmədov yekunlaşdırıb.