Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qeyri-adi tərzi ilə təəccübləndirən 94 yaşlı Zülfüqar baba

Abunə olmaq
Şabranın ucqar dağ kəndlərindən hesab edilən Zeyvədə maraqlı həyat hekayəsi və yaşayış tərzi olan yaşlı ər-arvad yaşayır. Ətraflı videomuzda.
Zülfüqar babanın sözlərinə görə, ailəsi 1988-ci ildə Azərbaycanın əzəli torpaqları olan Ermənistanda baş verən zəlzələ nəticəsində öz ata-baba yurdlarını tərk etməli olurlar. Novruzovlar ailəsi ilk öncə Xaçmazın Nabran kəndində məskunlaşmalı olur. Orada havanın rütubətli olması üzündən daha sonra Şabranın Zeyvə kəndində məskunlaşırlar.
Ağsaqqalın çox maraqlı söhbətləri var. Kənd sakinləri, uşaqdan böyüyə Zülfüqar babanın başına toplaşar, onun maraqlı söhbətlərinə qulaq asarlar. 94 yaşlı baba həm də çox zarafatcıldır. Bir sözlə, onunla söhbət edən bütün dərdlərini unuda bilir.
Onların yaşının 90-nı keçməsinə baxmayaraq, çox böyük təsərrüfatları var. Hər bir işi heç bir kömək olmadan özləri yerinə yetirirlər. İl ərzində əldə etdikləri məhsulu övladlarına yollayan bu cütlük həqiqətən bir çox ailələrə nümunə olmalıdır. Zülfüqar babanın dediyinə görə, il ərzində tonlarla taxılı, qozu, fındığı, həyət dolu toyuq-cücə və mal-qarası olur.
Zülfüqar baba bizə uzun ömürlüyün sirlərindən də danışdı: “Yaşamaq üçün mütləq təmiz hava, təmiz su və fiziki işlə məşğul olmaq lazımdır. Mən səhər ən geci saat 6-da dururam. Səhər-səhər həyətdə durub yarım saata yaxın təmiz havanı ciyərlərimə çəkirəm. Daha sonra heyvanları sağıb onun qaymağından bir kasa yeyirəm. Səhər duranda Bahar xanım mənə təbii qidalardan bir süfrə hazırlayır ki, o ərzaqları yeyən adam özünü 18 yaşındakı kimi hiss edir. Məni yaşadan həm də xanımımdır. O, mənə uşaq kimi qulluq edir.
Sonra heyvanları örüşə aparıram. Qayıdanda kənd sakinləri ilə söhbət edirik. Və beləliklə, bütün günü fiziki işlə məşğul oluram. Bu yaşa çatmışam, hələ bir dəfə də olsun ciddi xəstəliyim olmayıb. Allah ömür versə, hələ 120 yaşı da görmək arzusundayam”, - deyir yaşca qoca, amma ruhən cavan olan baba.
Xəbər lenti
0