https://sputnik.az/20220108/ekspert-azerbaycanda-en-cox-yayilan-kiberhucum-novleri-haqda-437954171.html
Ekspert Azərbaycanda ən çox yayılan kiberhücum növləri haqda
Ekspert Azərbaycanda ən çox yayılan kiberhücum növləri haqda
Sputnik Azərbaycan
“Apple” şirkətinin Azərbaycandakı rəsmi texniki nümayəndəsi ən populyar kiberhücum növləri haqda danışıb. Ətraflı - videomuzda. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T11:22+0400
2022-01-08T11:22+0400
2022-01-08T11:22+0400
video
fişinq
kiberhücum
ekspert
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437953892_0:0:3641:2048_1920x0_80_0_0_12cbdb03214ba91b24785c5d70794dd2.jpg
Fişinq həm dünyada, həm də Azərbaycanda ən çox yayılmış kiberhücum üsullarından biridir. Əsasən yaşlı insanları hədəfə alır. Bunu Sputnik Azərbaycan-a müsahibəsində “Apple” şirkətinin ölkədəki rəsmi texniki nümayəndəsi Asif İbrahimov deyib:"Bir çox sosial şəbəkələrdə iki addımlı autentifikasiya var. Bu sistem konkret əməliyyatı təsdiqləmək üçün sizə e-poçt, yaxud telefon vasitəsilə kod göndərir və kibercinayətkar hansısa yolla bu kodu sizdən almağa çalışır", - ekspert bildirib.Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, bank FİN kod əsasında məlumatlarınızı, kart nömrənizi, əməliyyatlarınızı, kreditlərinizi müəyyən edə bilər.“Əgər sizə bankdan zəng edib kartınızın məlumatlarını tələb edirlərsə, o zaman son çarə kimi banka gedib bu məsələni dəqiqləşdirməlisiniz”, - ekspert deyir.Mütəxəssis kibergigiyenadan danışaraq vurğulayıb ki, insanlar informasiyanı kənar şəxslər üçün daha az əlçatan formada saxlamalıdırlar."Ən yaxşı qorunma vasitəsi iki addımlı autentifikasiyadan istifadə etməkdir. Əgər siz hesabınıza başqa yerdən daxil olsanız, ya da başqa qadcetdən istifadə etsəniz, şübhəli hərəkət barədə bildiriş alacaqsınız və yalnız mobil telefonunuza SMS təsdiqi gələndən sonra təsdiq nömrəsi ilə hesabınıza daxil ola bilərsiniz”, - deyə İbrahimov bildirib.Həmçinin baxın:Qeyri-adi tərzi ilə təəccübləndirən 94 yaşlı Zülfüqar babaAyağı ilə hisslərini vərəqə köçürən rəssamLerikli ustadan qeyri-adi əl işi: "Xarı bülbül"ü miniatür xalçaya köçürdü
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437953892_439:0:3170:2048_1920x0_80_0_0_de1b98f44bdcb04964f295072184aa04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ekspert azərbaycanda ən çox yayılan kiberhücum növlərini haqda video
ekspert azərbaycanda ən çox yayılan kiberhücum növlərini haqda video
Ekspert Azərbaycanda ən çox yayılan kiberhücum növləri haqda
“Apple” şirkətinin Azərbaycandakı rəsmi texniki nümayəndəsi ən populyar kiberhücum növləri haqda danışıb. Ətraflı - videomuzda.
Fişinq həm dünyada, həm də Azərbaycanda ən çox yayılmış kiberhücum üsullarından biridir. Əsasən yaşlı insanları hədəfə alır. Bunu
Sputnik Azərbaycan-a müsahibəsində “Apple” şirkətinin ölkədəki rəsmi texniki nümayəndəsi
Asif İbrahimov deyib:
"Bir çox sosial şəbəkələrdə iki addımlı autentifikasiya var. Bu sistem konkret əməliyyatı təsdiqləmək üçün sizə e-poçt, yaxud telefon vasitəsilə kod göndərir və kibercinayətkar hansısa yolla bu kodu sizdən almağa çalışır", - ekspert bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, bank FİN kod əsasında məlumatlarınızı, kart nömrənizi, əməliyyatlarınızı, kreditlərinizi müəyyən edə bilər.
“Əgər sizə bankdan zəng edib kartınızın məlumatlarını tələb edirlərsə, o zaman son çarə kimi banka gedib bu məsələni dəqiqləşdirməlisiniz”, - ekspert deyir.
Mütəxəssis kibergigiyenadan danışaraq vurğulayıb ki, insanlar informasiyanı kənar şəxslər üçün daha az əlçatan formada saxlamalıdırlar.
"Ən yaxşı qorunma vasitəsi iki addımlı autentifikasiyadan istifadə etməkdir. Əgər siz hesabınıza başqa yerdən daxil olsanız, ya da başqa qadcetdən istifadə etsəniz, şübhəli hərəkət barədə bildiriş alacaqsınız və yalnız mobil telefonunuza SMS təsdiqi gələndən sonra təsdiq nömrəsi ilə hesabınıza daxil ola bilərsiniz”, - deyə İbrahimov bildirib.