https://sputnik.az/20211202/ayagi-ile-hisslerini-vereqe-kocuren-ressam-436888491.html
Ayağı ilə hisslərini vərəqə köçürən rəssam
Ayağı ilə hisslərini vərəqə köçürən rəssam
Sputnik Azərbaycan
Samirə Salmanova fiziki qüsurlu doğulub. Buna baxmayaraq, o, ayağı ilə gözəl rəsmlər çəkməyi bacarır və dünya sərgilərini fəth edir. Ətraflı videomuzda. 02.12.2021, Sputnik Azərbaycan
2021-12-02T17:00+0400
2021-12-02T17:00+0400
2021-12-02T17:00+0400
video
rəssam
fiziki qüsur
sərgi
moskva
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436888353_0:0:1920:1080_1920x0_80_0_0_5826c30dea7eafdca9185082b054b84d.jpg
Samirə Salmanovanın anası Faiqə Salmanova Sputnik Azərbaycana-a müsahibəsində bildirib ki, Samirə 1981-ci ildə anadan olub."Qızım "uşaq-serebral iflic" diaqnozu ilə doğulub. Yeriyə, ayaq üstə dura bilmir. Əli ilə heç bir iş görə bilməsə də, hər şeyi, hər kəsi görür və eşidir. Bütün bu çatışmazlıqlara baxmayaraq, onun bu istedadını, rəsm çəkməyə olan marağını qardaşı məktəbə gedəndən sonra kəşf etdik. Samirə səkkiz yaşından başlayaraq, dili ilə söyləyə bilmədiklərini fırça və rəngli boyaların köməyilə insanlara çatdırmağa başlayıb. Mənə elə gəlir ki, Samirə xəyalında canlandırdığı həyatı, yaşayışı çəkdiyi rəsmlərə köçürür", - deyə Faiqə Salmanova bildirib.Samirənin əl işləri Moskvada Beynəlxalq "Filantrop" Fondu tərəfindən təşkil edilən sərgiyə göndərilib. Burada da onun əsərləri 3-cü yerə layiq görülüb və mükafatlandırılıb. 2006-cı ildə İstanbulda əlil rəssamların çəkdiyi şəkillərdən ibarət sərgi keçirilib. Samirənin çəkdiyi əl işi birinci yerə layiq görülüb.Faiqə xanım onu da əlavə edib ki, Samirə qazandığı uğurlarına görə, inanılmaz dərəcədə sevinir. O, sərgilərdə satılan əsərlərin pulunu yığır. Dövlət tərəfindən ona ödənilən pensiyanın isə bir hissəsini kənara qoyur. Yığılan puldan sevdiklərinə kiçik hədiyyələr almağı çox xoşlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436888353_240:0:1680:1080_1920x0_80_0_0_54c3d7367bdef8919fa213f85bdcc81a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəssam, fiziki qüsur, видео, sərgi, moskva
rəssam, fiziki qüsur, видео, sərgi, moskva
Ayağı ilə hisslərini vərəqə köçürən rəssam
Samirə Salmanova fiziki qüsurlu doğulub. Buna baxmayaraq, o, ayağı ilə gözəl rəsmlər çəkməyi bacarır və dünya sərgilərini fəth edir. Ətraflı videomuzda.
Samirə Salmanovanın anası Faiqə Salmanova Sputnik Azərbaycana-a müsahibəsində bildirib ki, Samirə 1981-ci ildə anadan olub.
"Qızım "uşaq-serebral iflic" diaqnozu ilə doğulub. Yeriyə, ayaq üstə dura bilmir. Əli ilə heç bir iş görə bilməsə də, hər şeyi, hər kəsi görür və eşidir. Bütün bu çatışmazlıqlara baxmayaraq, onun bu istedadını, rəsm çəkməyə olan marağını qardaşı məktəbə gedəndən sonra kəşf etdik. Samirə səkkiz yaşından başlayaraq, dili ilə söyləyə bilmədiklərini fırça və rəngli boyaların köməyilə insanlara çatdırmağa başlayıb. Mənə elə gəlir ki, Samirə xəyalında canlandırdığı həyatı, yaşayışı çəkdiyi rəsmlərə köçürür", - deyə Faiqə Salmanova bildirib.
Samirənin əl işləri Moskvada Beynəlxalq "Filantrop" Fondu tərəfindən təşkil edilən sərgiyə göndərilib. Burada da onun əsərləri 3-cü yerə layiq görülüb və mükafatlandırılıb. 2006-cı ildə İstanbulda əlil rəssamların çəkdiyi şəkillərdən ibarət sərgi keçirilib. Samirənin çəkdiyi əl işi birinci yerə layiq görülüb.
Faiqə xanım onu da əlavə edib ki, Samirə qazandığı uğurlarına görə, inanılmaz dərəcədə sevinir. O, sərgilərdə satılan əsərlərin pulunu yığır. Dövlət tərəfindən ona ödənilən pensiyanın isə bir hissəsini kənara qoyur. Yığılan puldan sevdiklərinə kiçik hədiyyələr almağı çox xoşlayır.