CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suqovuşandakı Kiçik Su Elektrik stansiyalarının açılışı olub

© Official website of President of Azerbaijan Republic NA2Prezident İlham Əliyev Tərtərdə "Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılış mərasimində
Prezident İlham Əliyev Tərtərdə Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılış mərasimində - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib
BAKI, 4 oktyabr — Sputnik. Oktyabrın 3-də Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına "Suqovuşan-1" stansiyasında görülən işlər barədə məlumat verdi.
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAEVPrezident İlham Əliyev Tərtərdə "Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılış mərasimində
Президент Азербайджанской Республики Ильхам Алиев совершил поездку в Тертерский и Бардинский районы. - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Prezident İlham Əliyev Tərtərdə "Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılış mərasimində
Bildirildi ki, "Suqovuşan-1" Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə "Suqovuşan-1" və 3 meqavat gücündə "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.
Prezident İlham Əliyev "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyası ilə də tanış oldu.
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAEVPrezident İlham Əliyev Tərtərdə "Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılış mərasimində
Президент Азербайджанской Республики Ильхам Алиев совершил поездку в Тертерский и Бардинский районы. - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Prezident İlham Əliyev Tərtərdə "Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılış mərasimində
Diqqətə çatdırılıb ki, hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib. "Suqovuşan-2" stansiyasında ildə 8,7 kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.
Dövlətimizin başçısı stansiyaları işə saldı.
Qeyd edək ki, "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.
Sonra Prezident İlham Əliyev Suqovuşan su anbarında görülən işlərlə tanış oldu.
Xəbər lenti
0