https://sputnik.az/20220109/sulhmeramlilar-qazaxistana-dasinir-tapsiriqlari-ise-438001405.html
Sülhməramlılar Qazaxıstana daşınır: tapşırıqları isə...
Sülhməramlılar Qazaxıstana daşınır: tapşırıqları isə...
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb.
2022-01-09T18:11+0400
2022-01-09T18:11+0400
2022-01-09T18:11+0400
qazaxıstan
dünya xəbərləri
sülhməramlılar
ktmt
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437945012_0:0:3072:1728_1920x0_80_0_0_e0fd3cc69dd8d7891ac1ffe9a69b1364.jpg
BAKI, 9 yanvar — Sputnik. Rusiya sülhməramlı kontingentinin qabaqcıl bölmələri artıq Qazaxıstanda həyati əhəmiyyətli obyektlərin və sosial infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, daha öncə Qazaxıstana gəlmiş Rusiya sülhməramlı kontingentinin bölmələri həyati əhəmiyyətli obyektlərin, aerodromların və əsas sosial infrastruktur obyektlərinin mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə başlayıblar.Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılmış aviaqrup 70-dən çox İl-76 və 5 An-124 təyyarəsində Rusiya sülhməramlı kontingentinin KTMT qüvvələri bütün gün ərzində Qazaxıstana daşınır.Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb. KTMT Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır. Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”. İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.Xatırladaq ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.Həmçinin oxuyun:KTMT sessiyasında hələlik hansısa sənədin imzalanması planlaşdırılmır - PeskovTokayev göstəriş verdi: nəticələri aradan qaldırınNazarbayev TŞ sədrinin səlahiyyətlərindən özü əl çəkibDövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılarPolitoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437945012_0:0:2732:2048_1920x0_80_0_0_ed19502f91357f0ecc4752074f7ab906.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sülhməramlılar qazaxıstana daşınır: tapşırıqları isə...
sülhməramlılar qazaxıstana daşınır: tapşırıqları isə...
Sülhməramlılar Qazaxıstana daşınır: tapşırıqları isə...
70-dən çox İl-76 və 5 An-124 təyyarəsində Rusiya sülhməramlı kontingentinin KTMT qüvvələri bütün gün ərzində Qazaxıstana daşınır.
BAKI, 9 yanvar — Sputnik. Rusiya sülhməramlı kontingentinin qabaqcıl bölmələri artıq Qazaxıstanda həyati əhəmiyyətli obyektlərin və sosial infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha öncə Qazaxıstana gəlmiş Rusiya sülhməramlı kontingentinin bölmələri həyati əhəmiyyətli obyektlərin, aerodromların və əsas sosial infrastruktur obyektlərinin mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə başlayıblar.
Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılmış aviaqrup 70-dən çox İl-76 və 5 An-124 təyyarəsində Rusiya sülhməramlı kontingentinin KTMT qüvvələri bütün gün ərzində Qazaxıstana daşınır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb. KTMT Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır.
Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”. İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.