https://sputnik.az/20220109/qazaxistandan-ktmt-den-komek-istemesine-gore-izahat-teleb-edirik---blinken-438003164.html
Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb edirik - Blinken
Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb edirik - Blinken
Sputnik Azərbaycan
Beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb.
2022-01-09T19:13+0400
2022-01-09T19:13+0400
2022-01-09T19:21+0400
dünya xəbərləri
abş
qazaxıstan
entoni blinken
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435090139_0:0:2985:1680_1920x0_80_0_0_388aa9d4cf00f4813343700f61f912ff.jpg
BAKI, 9 yanvar - Sputnik. ABŞ Qazaxıstandan hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün KTMT-dən kömək istəmək qərarına aydınlıq gətirməsini xahiş edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bazar günü deyib.“Nə üçün Rusiyanın başbilən olduğu quruma üz tutmağa məcbur olmaları ilə bağlı real suallarımız var və bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən vacib olan odur ki, hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunsun”, - deyə Blinken CNN-ə müsahibəsində vurğulayıb.O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin silahı yerə qoymayanları öldürmək üçün atəş açmaq əmrini pisləyib:"Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm", - diplomat bildirib.Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb. KTMT Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır.Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”. İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.Xatırladaq ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.Həmçinin oxuyun:KTMT sessiyasında hələlik hansısa sənədin imzalanması planlaşdırılmır - PeskovTokayev göstəriş verdi: nəticələri aradan qaldırınNazarbayev TŞ sədrinin səlahiyyətlərindən özü əl çəkibDövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılarPolitoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435090139_254:0:2985:2048_1920x0_80_0_0_c34696e28e441aeb3e52280f24818d41.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş qazaxıstandan ktmt-dən kömək istəməsinə görə izahat tələb edib
abş qazaxıstandan ktmt-dən kömək istəməsinə görə izahat tələb edib
Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb edirik - Blinken
19:13 09.01.2022 (Yenilənib: 19:21 09.01.2022) Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb.
BAKI, 9 yanvar - Sputnik. ABŞ Qazaxıstandan hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün KTMT-dən kömək istəmək qərarına aydınlıq gətirməsini xahiş edir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi
Entoni Blinken bazar günü deyib.
“Nə üçün Rusiyanın başbilən olduğu quruma üz tutmağa məcbur olmaları ilə bağlı real suallarımız var və bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən vacib olan odur ki, hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunsun”, - deyə Blinken CNN-ə müsahibəsində vurğulayıb.
O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin silahı yerə qoymayanları öldürmək üçün atəş açmaq əmrini pisləyib:
"Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm", - diplomat bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb. KTMT Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır.
Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”. İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.