https://sputnik.az/20220109/nazirlik-50-den-cox-e-xidmeti-istifadeye-verecek-438001696.html
Nazirlik 50-dən çox e-xidməti istifadəyə verəcək
Nazirlik 50-dən çox e-xidməti istifadəyə verəcək
Sputnik Azərbaycan
Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılması da bu sahədə işlərin operativ və sürətli aparılması, genişləndirilməsi, rəqəmsal həllərin artırılması məqsədi daşıyır.
2022-01-09T19:59+0400
2022-01-09T19:59+0400
2022-01-09T19:59+0400
cəmiyyət
xidmət
elektron sistem
dost iş mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/04/426138612_0:25:3072:1753_1920x0_80_0_0_2f1915be84efd69f950f8b4178ff26ce.jpg
BAKI, 9 yanvar — Sputnik. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Bu il isə Nazirlik daha daha 50-dən çox e-xidməti istifadəyə verəcək.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti və gələcək hədəflərinə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların tətbiqi geniş miqyas alıb.Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılması da bu sahədə işlərin operativ və sürətli aparılması, genişləndirilməsi, rəqəmsal həllərin artırılması məqsədi daşıyır.İclasda qeyd edilib ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan "e-sosial.az" portalına 2021-ci ildə 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Eyni zamanda, proaktiv xidmətlər vasitəsilə 190 minə yaxın təyinat həyata keçirilib.Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib.Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən keçən il Nazirliyin informasiya bazalarına sorğu sayı 139 milyon olub.Əmək münasibətlərinin rəsmi qeydiyyatı "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən aparılır. Son illərdə qurulan "Məşğulluq" altsistemi vasitəsilə məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyini, əlçatanlığının və effektivliyini təmin edilir.Hazırda "Əmək münasibətləri və məşğulluq" altsistemi də yaradılır. Bu da bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini vahid e-platformada əhatə edəcək. Həmçinin e-DOST platforması, "BACAR" virtual informasiya resursu, "Elektron əmək birjası və yarmarkası" sistemi, "İctimai işlər portalı" və s. də hazırlanır.Həmçinin oxuyun:“ASAN xidmət” mərkəzlərinin sayı artacaqASAN Xidmət mərkəzləri nə vaxtdan işləyəcək? RəsmiVətəndaşların şikayətinə daha tez baxılacaq - artıq AMİS var!Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıbRiskli vergi ödəyiciləri ilə bağlı məlumatları əldə etmək asanlaşdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/04/426138612_341:0:3072:2048_1920x0_80_0_0_ed39d72a69b73baad582d8823d16f94a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nazirlik 50-dən çox e-xidməti istifadəyə verəcək
nazirlik 50-dən çox e-xidməti istifadəyə verəcək
Nazirlik 50-dən çox e-xidməti istifadəyə verəcək
Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib.
BAKI, 9 yanvar — Sputnik. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Bu il isə Nazirlik daha daha 50-dən çox e-xidməti istifadəyə verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirliyin
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti və gələcək hədəflərinə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların tətbiqi geniş miqyas alıb.
Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılması da bu sahədə işlərin operativ və sürətli aparılması, genişləndirilməsi, rəqəmsal həllərin artırılması məqsədi daşıyır.
İclasda qeyd edilib ki, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılan "e-sosial.az" portalına 2021-ci ildə 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Eyni zamanda, proaktiv xidmətlər vasitəsilə 190 minə yaxın təyinat həyata keçirilib.
Son üç ildə Nazirliyin 30-dək e-arayış xidmətli yaradılıb ki, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib.
Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən keçən il Nazirliyin informasiya bazalarına sorğu sayı 139 milyon olub.
Əmək münasibətlərinin rəsmi qeydiyyatı "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən aparılır. Son illərdə qurulan "Məşğulluq" altsistemi vasitəsilə məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyini, əlçatanlığının və effektivliyini təmin edilir.
Hazırda "Əmək münasibətləri və məşğulluq" altsistemi də yaradılır. Bu da bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini vahid e-platformada əhatə edəcək. Həmçinin e-DOST platforması, "BACAR" virtual informasiya resursu, "Elektron əmək birjası və yarmarkası" sistemi, "İctimai işlər portalı" və s. də hazırlanır.
Vətəndaşların şikayətinə daha tez baxılacaq -
artıq AMİS var!Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb