Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Aktyor Novruz Qartal vəfat etdi

© Sputnik / Orxan BahadırsoyNovruz Qartal
Novruz Qartal - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
Aktyorun vəfatı barədə xanımı məlumat verib. Əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkirdi.
BAKI, 8 yanvar - Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, məşhur aktyor təxminən yarım saat əvvəl dünyasını dəyişib. Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova-Rüstəmova xəbəri saytımıza təsdiqləyib.
Onun bildirdiyinə görə, 74 yaşlı aktyorun vəfatı barədə xanımı məlumat verib. Novruz Qartal sabah Gəncədə dəfn olunacaq.
Qeyd edək ki, son vaxtlar aktyor Novruz Əliyevin (Qartal) səhhəti ilə bağlı problem yaranmış, xəstəxanada müalicə almışdı.
Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır.
Çalışdığı illərdə Novruz Qartal Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.
1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, hospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.
1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yarandı: "92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Aldın payını, çağır dayını"da Əhmədi Biqəm, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa və s.
25 iyun 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına, bir neçə dəfə Prezident Mükafatına layiq görülüb.
Novruz Qartal 8 yanvar 2022-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
Allah rəhmət eləsin!
Eləcə də oxuyun:
* “Mən şəhidlik arzusu ilə yaşamışam”
* Cəbiş müəllim Barat Şəkinskaya haqqında
* Teatrda fəhlə kimi işə başladı, sonra tanınmış simaya çevrildi
Xəbər lenti
0