https://sputnik.az/20220108/almatida-benzin-tapmagin-tehlukeli-yolu-ve-diger-xeberler---vdeo-437989552.html
Almatıda benzin tapmağın təhlükəli yolu və digər xəbərlər - VİDEO
Almatıda benzin tapmağın təhlükəli yolu və digər xəbərlər - VİDEO
Sputnik Azərbaycan
Almatıda sürücülər qəhətə çıxan benzin "ovundadırlar". 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T20:25+0400
2022-01-08T20:25+0400
2022-01-08T20:25+0400
dünya xəbərləri
benzin
qazaxıstan
almatı
video görüntü
https://cdnn1.img.sputnik.az/img/41093/87/410938797_0:0:1944:1094_1920x0_80_0_0_9c8614ddb9d13591e0eca9dccfa6d1f7.jpg
BAKI, 8 yanvar - Sputnik. Qazaxıstanda yanacaqdoldurma məntəqələrinin işi normallaşdırılır. Sputnik Qazaxıstan bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyindən məlumat verilib. Qeyd olunur ki, neft emalı zavodları adi qaydada işləyir. Bu arada Almatıda sürücülər qəhətə çıxan benzin "ovundadırlar". Onlar yanacağı fərqli üsulla əldə edirlər. Sürücülər YDM-lərdə, yer altındakı benzin rezervuarlarının ağzını açaraq avtomobillərinin çənlərinə benzin doldurmağa çalışırlar. Bunu əks etdirən video Almatıda, Rayımbek prospektində çəkilib. Qazaxıstan Milli İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, ölkədə kommunal xidmətlərə görə tariflər iyulun 1-dək qaldırılmayacaq."Qiyməti tənzimlənən kommunal xidmətlərin - su təchizatı, kanalizasiya, istilik, qaz, elektrik - tariflərinin qaldırılmasına qadağa qoyulub", - məlumatda deyilir. Hazrıda Almatıda, Bişkekə gedən yolda, döyüşlər davam edir. Qazaxıstanın bəzi bölgələrində güc strukturları əməliyyat aparırlar, bir çox şəhərlərdə internet yoxdur. Almatıda aeroport yanvarın 10-dək işləməyəcək. Həmin günü ölkə prezidenti iğtişaşlarda ölənlərin xatirəsinə ümummilli matəm günü elan edib.Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.Eləcə də oxuyun:* KTMT iclas keçirəcək: Tokayev xahiş edib* Qazaxıstan bu gün: Nazarbayev səssizliyini pozdu* Dövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılar* Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq
almatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41093/87/410938797_54:0:1822:1326_1920x0_80_0_0_7510de9a9e6dd668600b85e7c2a3b452.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
almatıda benzin tapmağın təhlükəli yolu və digər xəbərlər video qazaxıstan
almatıda benzin tapmağın təhlükəli yolu və digər xəbərlər video qazaxıstan
Almatıda benzin tapmağın təhlükəli yolu və digər xəbərlər - VİDEO
Almatıda sürücülər qəhətə çıxan benzin "ovundadırlar".
BAKI, 8 yanvar - Sputnik. Qazaxıstanda yanacaqdoldurma məntəqələrinin işi normallaşdırılır. Sputnik Qazaxıstan bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, neft emalı zavodları adi qaydada işləyir.
Bu arada Almatıda sürücülər qəhətə çıxan benzin "ovundadırlar". Onlar yanacağı fərqli üsulla əldə edirlər. Sürücülər YDM-lərdə, yer altındakı benzin rezervuarlarının ağzını açaraq avtomobillərinin çənlərinə benzin doldurmağa çalışırlar.
Bunu əks etdirən video Almatıda, Rayımbek prospektində çəkilib.
Qazaxıstan Milli İqtisadiyyat Nazirliyindən isə bildirilib ki, ölkədə kommunal xidmətlərə görə tariflər iyulun 1-dək qaldırılmayacaq.
"Qiyməti tənzimlənən kommunal xidmətlərin - su təchizatı, kanalizasiya, istilik, qaz, elektrik - tariflərinin qaldırılmasına qadağa qoyulub", - məlumatda deyilir.
Hazrıda Almatıda, Bişkekə gedən yolda, döyüşlər davam edir.
Qazaxıstanın bəzi bölgələrində güc strukturları əməliyyat aparırlar, bir çox şəhərlərdə internet yoxdur.
Almatıda aeroport yanvarın 10-dək işləməyəcək. Həmin günü ölkə prezidenti iğtişaşlarda ölənlərin xatirəsinə ümummilli matəm günü elan edib.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.