https://sputnik.az/20220107/qazaxistan-vetendaslarina-300-pulsuz-deqiqe-hediyye-olunacaq-437958464.html
Qazaxıstan vətəndaşlarına 300 pulsuz dəqiqə hədiyyə olunacaq
Qazaxıstan vətəndaşlarına 300 pulsuz dəqiqə hədiyyə olunacaq
Sputnik Azərbaycan
Qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
2022-01-07T17:48+0400
2022-01-07T17:48+0400
2022-01-07T20:03+0400
qazaxıstan
dünya xəbərləri
prezident
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437941535_0:0:3211:1807_1920x0_80_0_0_47f9e7c1b186e25ca3b983018b4fd987.jpg
BAKI, 7 yanvar — Sputnik. Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin tapşırığı ilə bu ölkənin bütün vətəndaşlarına 200 SMS və 300 pulsuz dəqiqə hədiyyə olunacaq. Bu barədə Sputnik Qazaxıstan məlumat yayıb."Qasım Jomart Tokayevin tapşırığı ilə bütün qazaxıstanlılara pulsuz 200 SMS və 300 dəqiqəlik telefon danışığı veriləcək", – deyə məlumatda bildirilir.Qazaxıstanda gərginlikQeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.RİA Novosti-nin məlumatına görə, Qırğızıstan da Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərib.Səfirlik Azərbaycan vətəndaşlarının Qazaxıstandan təxliyəsi üçün iş aparırQazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437941535_8:0:2737:2047_1920x0_80_0_0_212383a27071ee989f44cfad3eb30f61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazaxıstan prezidenti səxavət kisəsinin ağzını açdı
qazaxıstan prezidenti səxavət kisəsinin ağzını açdı
Qazaxıstan vətəndaşlarına 300 pulsuz dəqiqə hədiyyə olunacaq
17:48 07.01.2022 (Yenilənib: 20:03 07.01.2022) Kasım Jomart Tokayevin tapşırığı ilə bu ölkənin bütün vətəndaşlarına 200 SMS və 300 pulsuz dəqiqə hədiyyə olunacaq.
BAKI, 7 yanvar — Sputnik. Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin tapşırığı ilə bu ölkənin bütün vətəndaşlarına 200 SMS və 300 pulsuz dəqiqə hədiyyə olunacaq. Bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
"Qasım Jomart Tokayevin tapşırığı ilə bütün qazaxıstanlılara pulsuz 200 SMS və 300 dəqiqəlik telefon danışığı veriləcək", – deyə məlumatda bildirilir.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
RİA Novosti-nin məlumatına görə, Qırğızıstan da Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərib.