https://sputnik.az/20220107/sefirlik-azerbaycan-vetendaslarinin-qazaxistandan-texliyesi-ucun-is-aparir-437952802.html
Səfirlik Azərbaycan vətəndaşlarının Qazaxıstandan təxliyəsi üçün iş aparır
Səfirlik Azərbaycan vətəndaşlarının Qazaxıstandan təxliyəsi üçün iş aparır
Sputnik Azərbaycan
Səfirlik Almatı şəhərindəki ofis, Aktaudakı Baş konsulluq və diaspora fəalları ilə mütəmadi əlaqə saxlayır.
2022-01-07T15:20+0400
2022-01-07T15:20+0400
2022-01-07T15:26+0400
azərbaycan
siyasət
qazaxıstan
aktau
almatı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437950682_185:940:2155:2048_1920x0_80_0_0_2195e26b366b959b6d00fbcb8ac30c19.jpg
BAKI, 7 yanvar — Sputnik. Məlum olduğu kimi, səfirlik Qazaxıstanda mövcud olan vəziyyətlə əlaqədar rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə vətəndaşlarımıza xəbərdarlıq ünvanlayıb. Səfirlik rəsmi məlumatları izləməyi, insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görüb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı Səfirliyindən APA-ya bildirilib.Səfirlik Almatı şəhərindəki ofis, Aktaudakı Baş konsulluq və diaspora fəalları ilə mütəmadi əlaqə saxlayır: Vətəndaşlardan ölkədə internetin qismən işlədiyini, rabitənin bəzi hallarda kəsildiyini nəzərə almaları xahiş olunur. Səfirlik öz fəaliyyətini adi iş rejimində davam etdirir. Vətəndaşlarımızdan səfirlik ilə +7780002838; +7 7172 75 55 27 telefon nömrələri vasitəsilə əlaqə saxlamaları xahiş olunur.Qazaxıstanda gərginlikQeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.Qırğızıstan isə Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərmək niyyətindədir.Eləcə də oxuyun:* Türk Dövlətləri Təşkilatının Qazaxıstanla bağlı fövqəladə iclası olacaq* Tokayev Putin, Ərdoğan və digər liderlərə təşəkkür etdi* Sülhməramlılar Qazaxıstanda silah tətbiq edə bilərlər - KTMT* Qazaxıstandan son xəbərlər: Astanada atəş və partlayışlar* Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov* Qazaxıstandan son xəbərlər: qızıl fondu da yandırdılar
almatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437950682_376:874:1941:2048_1920x0_80_0_0_3bfdf46f6651365a1ff59adfecdc0e07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sos: qazaxıstandakı azərbaycanlılar təxliyə edilir
sos: qazaxıstandakı azərbaycanlılar təxliyə edilir
Səfirlik Azərbaycan vətəndaşlarının Qazaxıstandan təxliyəsi üçün iş aparır
15:20 07.01.2022 (Yenilənib: 15:26 07.01.2022) Səfirlik öz fəaliyyətini adi iş rejimində davam etdirir. Vətəndaşlarımızdan səfirlik ilə +7780002838; +7 7172 75 55 27 telefon nömrələri vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
BAKI, 7 yanvar — Sputnik. Məlum olduğu kimi, səfirlik Qazaxıstanda mövcud olan vəziyyətlə əlaqədar rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə vətəndaşlarımıza xəbərdarlıq ünvanlayıb.
Səfirlik rəsmi məlumatları izləməyi, insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı Səfirliyindən APA-ya bildirilib.
Səfirlik Almatı şəhərindəki ofis, Aktaudakı Baş konsulluq və diaspora fəalları ilə mütəmadi əlaqə saxlayır:
"Baş verən hadisələr zamanı hər hansı vətəndaşımızın xəsarət alması ilə bağlı səfirliyə məlumat daxil olmayıb. Hazırda Qazaxıstandan xarici ölkələrə uçuşların dayandırılması səbəbindən Azərbaycana geri dönə bilməyən vətəndaşlarımız tərəfindən səfirliyə daxil olan müraciətlər tərəfimizdən aidiyyəti üzrə cavablandırılır. Müraciət edən vətəndaşlarımızın vəziyyəti ilə maraqlanır, onlara müvafiq məlumat və tövsiyələr verilir".
Vətəndaşlardan ölkədə internetin qismən işlədiyini, rabitənin bəzi hallarda kəsildiyini nəzərə almaları xahiş olunur.
Səfirlik öz fəaliyyətini adi iş rejimində davam etdirir. Vətəndaşlarımızdan səfirlik ilə +7780002838; +7 7172 75 55 27 telefon nömrələri vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
Qırğızıstan isə Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərmək niyyətindədir.
* Qazaxıstandan son xəbərlər:
Astanada atəş və partlayışlar