https://sputnik.az/20220105/azal-almati-reyslerini-legv-edib-biletler-tam-geri-qaytarilir-437890679.html
AZAL Almatı reyslərini ləğv edib, biletlər tam geri qaytarılır
AZAL Almatı reyslərini ləğv edib, biletlər tam geri qaytarılır
Sputnik Azərbaycan
"Azərbaycan Hava Yolları QSC" Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyərinin tam geri qaytarılacağını... 05.01.2022, Sputnik Azərbaycan
2022-01-05T21:24+0400
2022-01-05T21:24+0400
2022-01-05T22:00+0400
azərbaycan xəbərləri
azal
"azərbaycan hava yolları" qsc-nin (azal)
almatı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854345_0:268:1440:1078_1920x0_80_0_0_6ba04f855cadfd2c999b06ce3d96d040.jpg
BAKI, 5 yanvar - Sputnik. AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.Bu barədə "Azərbaycan Hava Yolları QSC"-nin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edilib ki, qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.⠀“Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”, - məlumatda vurğulanıb.⠀Xatırladaq ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin Qazaxıstan Prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.Eləcə də oxuyun:* Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları* Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat* Qazaxıstanda son vəziyyət: prezident iqamətgahı yanır - VİDEO* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar
almatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854345_0:354:965:1078_1920x0_80_0_0_1a41fa086d28f2c1ee01e71fbe8bdfd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azal, "azərbaycan hava yolları" qsc-nin (azal), almatı
azal, "azərbaycan hava yolları" qsc-nin (azal), almatı
AZAL Almatı reyslərini ləğv edib, biletlər tam geri qaytarılır
21:24 05.01.2022 (Yenilənib: 22:00 05.01.2022) "Azərbaycan Hava Yolları QSC" Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyərinin tam geri qaytarılacağını bildirib.
BAKI, 5 yanvar - Sputnik. AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.
Bu barədə "Azərbaycan Hava Yolları QSC"-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.
⠀
“Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq”, - məlumatda vurğulanıb.
⠀
Xatırladaq ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin Qazaxıstan Prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
*
Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar