https://sputnik.az/20220104/nsan-orqanizmine-faydali-olan-13-meyve-ve-onlarin-sirri-437857143.html
Ən faydalı meyvələr - qan yaratmağa kömək edir, orqanizmi təmizləyir və gücləndirir
Ən faydalı meyvələr - qan yaratmağa kömək edir, orqanizmi təmizləyir və gücləndirir
Sputnik Azərbaycan
Hər bir meyvənin insan orqanizminə müəyyən xeyri var. Bəs onların hər birinin konkret faydası nədən ibarətdir?
2022-01-04T21:52+0400
2022-01-04T21:52+0400
2022-01-04T22:26+0400
cəmiyyət
meyvə
https://cdnn1.img.sputnik.az/img/07e6/01/04/437857765_0:193:3083:1927_1920x0_80_0_0_35fb7a4fdbf38d8f96102ccf62d59664.jpg
Hər bir meyvənin insan orqanizminə müəyyən xeyri var. Bəs onların hər birinin konkret faydası nədən ibarətdir?PortağalPayız-qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir.Soyuqdəyməyə və qripə yardım edir. Öskürəyi azaldır. Ürək xəstəliklərindən və iflicdən qoruyur.Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir. Mədə xərçənginin qarşısını alma təsiri var. Təzyiqi normallaşdırır.İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir.Həzmi asanlaşdırır. Damarların kirəclənməsinin qarşısını alır. Bağırsağı yumşaldır. Dərini təravətli edir.Səhər saatlarında qəbul edilən bir stəkan portağal suyu günə gümrah başlamaq və bir çox xəstəliklərdən qorunmaq üçün əla vasitədir.HeyvaƏsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dəmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir.Uşaqların böyüməsi və inkişafını tezləşdirir. Sinir sistemini gücləndirir.Həzmə kömək edir. Dərini, dıqnaqları parlaq və sağlam edir. Qrip və soyuqdəyməni sağaldır. Ağızdən gələn qoxunu aradan qaldırır.Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, öskürək, tənəffüs sistemi xəstəlikləri və bronxitə xeyirlidir.Heyva çiçəyinin qaynadıb içmək anaların südünü artırır, ürəyi gəncləşdirir və baş ağrısına müsbət təsir edir.Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olarDodaq çatlamasının qarşısını almaq üçün toxumlarını qaynadaraq dodaqları bu suda yumaq olar.Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir.BananBu meyvə qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Tərkibindəki şəkər, nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji mənbəyidir.Ürəyə və əzələ sisteminə xeyirlidir. Yorgunluğu aradan qaldırır.Yuxunu rejimə salır. Mədə xorasının müalicəsinə kömək edir. Böyrəkdəki iltihablanmada müalicəedici özəlliyə sahibdirÜzümÜzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2, və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir.Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir. Həzm prossesini asanlaşdırır. Uşaqların inkişafı üçün çox faydalıdır.NarNarın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır.Təzyiqi tənzimləyir. Ürəyi qoruyur. Bədənin immunitetini gücləndirir. Enerji verir, yorğunluğu aradan qaldırır.Xolestrol və qan şəkərinin artmasına mane olur. Bağırsaq parazitlərinin düşmənidir. Dərini gözəlləşdirir.AlmaA, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. Hətta el arasında “Gündə bir alma ye, həkimə möhtac olma” kimi deyimlərdə var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır.Qanı və böyrəkləri təmizləyir. Cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə və öskürəyə xeyirlidir.Xolestrolu azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir.Yüksək təzyiqi salır. Qandakı şəkəri nəzarətdə saxlayar. Revmatizmaya kömək edir. Yuxusuzluğa xeyirlidir.ArmudArmud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır.Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var.Bu meyvəni yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Böyrəklərin işinə kömək edir.Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir.Revmatizmin müalicəsində də faydalıdır.Doyurucu təsiri olduğu üçün pəhrizlərdə acmaq hissini aradan qaldırır.ŞaftalıB və C vitaminləri ilə zəngindir. A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var.Ağızdan gələn qoxunu aradan qaldırır. Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır.Qanı təmizləyir. Qəbzliyin qarşısını alır. Həzmi asanlaşdırır.Böyrəklərin işinə kömək edir.Hərarəti düşürür. Sinirləri sakitləşdirir. Yuxusuzluğun qarşısını alır.Xərçəngə qarşı mübarizə vasitəsidir. Dərini nəmləndirir və canlandırır.ÇiyələkBu meyvədə bol miqdarda dəmir və fosfor var. C, B və K vitamini ilə zəngin olan çiyələk bədəni gücləndirir, xolestrolu aşağı salır və qan laxtasının qarşısını alır.Qanı təmizləyir. Damağı gücləndirir.Ağız qoxusunun qarşısını alır. Sakitləşdirir.Dərini nəmləndirir. Revmatizm və qaraciyər xəstəliklərində istifadə edilir.GilasGüclü ağrıkəsicidir, xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir.Qəbzliyi aradan qaldırır. Nikotinin bədəndən sovrulmasına kömək edir.Böyrəkləri daş və qum yığılmasından qoruyur. Öd kisəsi daşını tökür. Üzdə olan sızanaqları təmizləyir.ƏrikƏrik qan bərpaedicidir, qan azlığına xeyirlidir. Saça yaxşı təsiri var.Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir.Ürək xəstəliklərinə xeyirlidir. Sümük əyilməsinin qarşısını alır.Yuxu gətirir. Həzm sistemində problem yaşayanlar üçün faydalıdır.Səhərlər acqarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı, cildə də yaxşı təsir edir.KiviKivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var.Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.Xərçəngin yaranmasına mane olur. Qan təmizləyici xüsusiyyəti qan laxtalanması risqini əhəmiyyətli şəkildə azaldır.QreypfrutSoyuqdəyməyə yaxşıdır.Həzmi asanlaşdırır. Diş əti qanamasını azaldır.Xırda damarlardakı qan dövranını sürətləndirir. Mədə xərçənginə tutulmaq risqini azaldır.Təzyiqi normallaşdırır. Yağlı yeməklərin ardından bu meyvənin suyunu içmək məqsədəuyğundur.Eləcə də oxuyun:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/04/437857765_352:0:3083:2048_1920x0_80_0_0_a4dc05943959778fdfd86b1c2464ac4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ömrü uzadan, gəncləşdirən və cinsi fəallığı artıran meyvələr
ömrü uzadan, gəncləşdirən və cinsi fəallığı artıran meyvələr
Ən faydalı meyvələr - qan yaratmağa kömək edir, orqanizmi təmizləyir və gücləndirir
21:52 04.01.2022 (Yenilənib: 22:26 04.01.2022) Bəzi meyvələr vitamin deposu olmaqla yanaşı, digər faydalı xüsusiyyətlərə malikdir, məsələn, gilasın ağrıkəsici olmasından xəbəriniz vardımı?
Hər bir meyvənin insan orqanizminə müəyyən xeyri var. Bəs onların hər birinin konkret faydası nədən ibarətdir?
Payız-qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir.
Soyuqdəyməyə və qripə yardım edir. Öskürəyi azaldır. Ürək xəstəliklərindən və iflicdən qoruyur.
Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir. Mədə xərçənginin qarşısını alma təsiri var. Təzyiqi normallaşdırır.
İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir.
Həzmi asanlaşdırır. Damarların kirəclənməsinin qarşısını alır. Bağırsağı yumşaldır. Dərini təravətli edir.
Səhər saatlarında qəbul edilən bir stəkan portağal suyu günə gümrah başlamaq və bir çox xəstəliklərdən qorunmaq üçün əla vasitədir.
Əsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dəmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir.
Uşaqların böyüməsi və inkişafını tezləşdirir. Sinir sistemini gücləndirir.
Həzmə kömək edir. Dərini, dıqnaqları parlaq və sağlam edir. Qrip və soyuqdəyməni sağaldır. Ağızdən gələn qoxunu aradan qaldırır.
Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, öskürək, tənəffüs sistemi xəstəlikləri və bronxitə xeyirlidir.
Heyva çiçəyinin qaynadıb içmək anaların südünü artırır, ürəyi gəncləşdirir və baş ağrısına müsbət təsir edir.
Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olar
Dodaq çatlamasının qarşısını almaq üçün toxumlarını qaynadaraq dodaqları bu suda yumaq olar.
Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir.
Bu meyvə qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Tərkibindəki şəkər, nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji mənbəyidir.
Ürəyə və əzələ sisteminə xeyirlidir. Yorgunluğu aradan qaldırır.
Yuxunu rejimə salır. Mədə xorasının müalicəsinə kömək edir. Böyrəkdəki iltihablanmada müalicəedici özəlliyə sahibdir
Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2, və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.
Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir.
Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir. Həzm prossesini asanlaşdırır. Uşaqların inkişafı üçün çox faydalıdır.
Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır.
Təzyiqi tənzimləyir. Ürəyi qoruyur. Bədənin immunitetini gücləndirir. Enerji verir, yorğunluğu aradan qaldırır.
Xolestrol və qan şəkərinin artmasına mane olur. Bağırsaq parazitlərinin düşmənidir. Dərini gözəlləşdirir.
A, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. Hətta el arasında “Gündə bir alma ye, həkimə möhtac olma” kimi deyimlərdə var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır.
Qanı və böyrəkləri təmizləyir. Cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə və öskürəyə xeyirlidir.
Xolestrolu azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir.
Yüksək təzyiqi salır. Qandakı şəkəri nəzarətdə saxlayar. Revmatizmaya kömək edir. Yuxusuzluğa xeyirlidir.
Armud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır.
Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var.
Bu meyvəni yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Böyrəklərin işinə kömək edir.
Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir.
Revmatizmin müalicəsində də faydalıdır.
Doyurucu təsiri olduğu üçün pəhrizlərdə acmaq hissini aradan qaldırır.
B və C vitaminləri ilə zəngindir. A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var.
Ağızdan gələn qoxunu aradan qaldırır. Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır.
Qanı təmizləyir. Qəbzliyin qarşısını alır. Həzmi asanlaşdırır.
Böyrəklərin işinə kömək edir.
Hərarəti düşürür. Sinirləri sakitləşdirir. Yuxusuzluğun qarşısını alır.
Xərçəngə qarşı mübarizə vasitəsidir. Dərini nəmləndirir və canlandırır.
Bu meyvədə bol miqdarda dəmir və fosfor var. C, B və K vitamini ilə zəngin olan çiyələk bədəni gücləndirir, xolestrolu aşağı salır və qan laxtasının qarşısını alır.
Qanı təmizləyir. Damağı gücləndirir.
Ağız qoxusunun qarşısını alır. Sakitləşdirir.
Dərini nəmləndirir. Revmatizm və qaraciyər xəstəliklərində istifadə edilir.
Güclü ağrıkəsicidir, xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir.
Qəbzliyi aradan qaldırır. Nikotinin bədəndən sovrulmasına kömək edir.
Böyrəkləri daş və qum yığılmasından qoruyur. Öd kisəsi daşını tökür. Üzdə olan sızanaqları təmizləyir.
Ərik qan bərpaedicidir, qan azlığına xeyirlidir. Saça yaxşı təsiri var.
Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir.
Ürək xəstəliklərinə xeyirlidir. Sümük əyilməsinin qarşısını alır.
Yuxu gətirir. Həzm sistemində problem yaşayanlar üçün faydalıdır.
Səhərlər acqarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı, cildə də yaxşı təsir edir.
Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var.
Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.
Xərçəngin yaranmasına mane olur. Qan təmizləyici xüsusiyyəti qan laxtalanması risqini əhəmiyyətli şəkildə azaldır.
Həzmi asanlaşdırır. Diş əti qanamasını azaldır.
Xırda damarlardakı qan dövranını sürətləndirir. Mədə xərçənginə tutulmaq risqini azaldır.
Təzyiqi normallaşdırır. Yağlı yeməklərin ardından bu meyvənin suyunu içmək məqsədəuyğundur.
Hər gün sadəcə
1 qaşıq bal yeməyin inanılmaz xeyri
Həkimlər qaraciyər üçün
ən faydalı meyvənin adını açıqladılar
Qırışları azaldır, demensiyadan qoruyur -
gilasın bilmədiyimiz yeddi faydasıVaxtı keçmiş 15 məhsul: onları yemək olarmış?