Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qırışları azaldır, demensiyadan qoruyur - gilasın bilmədiyimiz yeddi faydası

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidСбор урожая черешни и вишни, фото из архива
Сбор урожая черешни и вишни, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Dietoloqlar gilasın faydalarını açıqlayıblar. Sən demə, bu sarı-qırmızı meyvələr hətta xərçəng xəstəliyinin bəzi növlərinin qarşısını almağa qadırdir.

BAKI, 27 iyun - Sputnik. Dietoloqlar Samanta Kassetti və Keri Hans Women's Health-ə müsahibələrində gilasın yeddi faydasını açıqlayıblar. 

Məlum olub ki, bu giləmeyvə tərkibindəki bol C vitamini və digər antioksidantlar sayəsində qırışları azaldır: həmin maddələr iltihabın və orqanizmdə oksidləşmə stressinin qarşısını alır.

Gilas onkoloji xəstəliklərin inkişafına da əngəl ola bilir. Onun tərkibində polifenollar - xərçəng əleyhinə təsir göstərən maddələr var. 

"Əgər bir neçə xərçəng növünə meyllisinizsə, fenol birləşməli antioksidantlarla pəhriz kömək edər, çünki bu birləşmələr orqanizmə zərər vuran sərbəst radikallarla mübarizə apara bilər", - Hans deyib.

Ancaq məqalədə qeyd olunur ki, gilas təkbaşına xərçəng riskinin qarşısını ala bilməz, ancaq müntəzəm olaraq gilas yemək və yanaşı olaraq sağlam həyat tərzi keçirmək bu xəstəliyin yaranmasını əngəlləyə bilər.

Qan təzyiqi yuxarı olanlar üçün də gilas yaxşı "dərmandır".

"Gilas qoruyucu polifenol birləşmələrlə zəngindir, onlar qan təzyiqinin səıviyyəsini yaxşılaşdırır. Bu birləşmələr azot oksidinin yaranmasını artırır və qan damarlarının hüceyrələrinin funksiyalarını yaxşılaşdırır", - Kassetti izah edib.

Gilas koqnitiv bacarıqların azalmasını ləngitməyə də kömək edir. Bu, gilasa tünd-qırmızı rəng verən antosian, polifenol antioksidantlar sayəsində baş verir. Giləmeyvə beyin funksiyalarını, yaddaşı yaxşılaşdırır, beyində Alzhaymer və demensiyanın digər növlərinin yaranma riskini artıran iltihab və oksidləşmə stressinə əks-təsir göstərir. 

Giləmeyvə ürək xəstəliklərinin yaranmasını əngəlləyir. Tərkibindəki antioksidantlar damarları boşaldır, iltihab və təzyiqi azaldır, qan damarlarında tıxanmanın qarşısını alır. 

Bundan başqa, gilas ikinci tip diabetlə mübarizədə də kömək edir. Gilasdakı polifenollar insulinə həssaslığı artırır, odur ki, qlükoza hüceyrələr tərəfindən udularaq enerji alınmasında istifadə olunur. 

Yuxu problemi olanlara da gilas yemək məsləhətdir, o, həm tez yuxuya getməyə, həm də yuxunu tam almağa kömək edir. Yuxusuzluqdan əziyyət çəkənlərin orqanizmində oksidləşmə stressi yüksək olur, gilasın tərkibindəki antioksidantlar isə bu təsiri azaldaraq yuxunu normallaşdırır.

Eləcə də oxuyun:

  • Qatığa darçın töküb yesəniz... - Faydaları

  • Həkimlər qaraciyər üçün ən faydalı meyvənin adını açıqladılar

  • Asta qaçışın yeni faydaları aşkar edilib

Xəbər lenti
0