Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Vaxtı keçmiş 15 məhsul: onları yemək olarmış?

CC0 / Pexels / RefrigeratorХолодильник с продуктами, фото из архива
Холодильник с продуктами, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Mütəxəssislər deyirlər ki, minimal istifadəyə yararlılıq tarixi ilə istemal tarixini bir-birindən seçmək lazımdır.

BAKI, 27 iyun - Sputnik. İspaniya İstehlakçılar Təşkilatı bəzi məhsulların vaxtı keçdikdən sonra belə istifadəyə yararlı olduğunu açıqlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Vanguardia yazır.

Mütəxəssislər deyirlər ki, minimal istifadəyə yararlılıq tarixi ilə istemal tarixini bir-birindən seçmək lazımdır. Bunlardan birincisi məhsulun öz orqanoleptik xüsusiyyətlərini itirdiyini göstərir, ancaq həmin məhsulu yemək elə də təhlükə yaratmır. İstemal (tükətim) tarixi isə tez xarab olan, məsələn çiy ət, toyuq və balıq kimi məhsulların üzərində göstərilir və bu tarixə qeyd-şərtsiz əməl etmək vacibdir, mütəxəssislər bildiriblər.

İspaniya İstehlakçılar Təşkilatının ekpertlərinin rəyinə görə, vaxtı keçdikdən sonra bu məhsulları yemək olar: yoqurt, tost çörəkləri, quru meyvələr, hisə verilmiş kolbasa, hisə verilmiş pendir, konservləşdirilmiş pomidor, makaron, çips, düyü, paxlalı bitkilər, sırinləşdirici içkilər, acıtmalı xəmirdən olan məhsullar və peçenye, alkoqol, mürəbbə və tez hazırlanan şorbalar.

Əgər çörək və bişmişlər quruyursa, İstehlakçılar Təşkilatı onlardan pudinq, franslz tostları, tiramisu, suxarı, sarımsaq şorbası və şorba üçün qızardılmış çörək hazırlamağı təklif edir.

Mütəxəssislər deyirlər ki, kolbasa məhsullarını vaxtı keçməmişdən öncə dondurmaq lazımdır. Pendirləri də dondurmaq olar, ancaq bundan sonra onların strukturu dəyişir və quru olur. Eyni qayda meyvə-tərəvəzə də aiddir.

Təzə meyvə-tərəvəzin üzərində kif əmələ gəldikdə isə həmin hissəni kəsib tullayaraq qalanını yemək olar. Ancaq mütəxəssislər bu zaman ehtiyatlı olmağı məsləhət görürlər, çünki kif daha dərinə nüfuz edə bilər, onun nəticəsi isə pis olur - kif orqanizmə düşdükdə zəhərli maddələr ayrılır və bu, xərçəng xəstəliyinə, hətta genetik dəyişikliyə səbəb olur.

Təzə ət və balığa gəlincə, mütəxəssislər onları ya dondurmağı, ya da bişirməyi məsləhət görürlər. Bundan başqa ekspertlər deyirlər ki, belə ərzağı bir gün sonra da yeməık olar, ancaq mümkün patogenlərdən qaçmaq üçün uzun müddətli termik emal etmık gərəkdir.

Eləcə də oxuyun:

Xəbər lenti
0