https://sputnik.az/20220103/sgaldan-azad-edilen-erazilerde-askarlanan-silah-sursatin-sayi-aciqlanib--foto-437838096.html
İşğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb -FOTO
İşğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb -FOTO
Sputnik Azərbaycan
Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib. 03.01.2022, Sputnik Azərbaycan
2022-01-03T17:35+0400
2022-01-03T17:35+0400
2022-01-03T17:35+0400
silah
hərbi
cəbrayıl
şuşa
xocavənd
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426566602_0:166:1280:886_1920x0_80_0_0_9f45eaddf57769b81b54a1206002f286.jpg
BAKI, 3 yanvar — Sputnik. İşğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb.Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.Xatırladaq ki, 2021-ci il dekabrın 27-də Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılmış nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.Cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib. Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.Dekabrın 11-də isə Azərbaycanın Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Qeyd edək ki, anoloji tədbirlər Şuşa şəhərində də davam etdirilib. Belə ki, Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb. Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Bundan başqa Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.Həmçinin oxuyun:Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıbTopxana meşəsi bərpa edilirAğıllı kənd və Azərbaycan: Bu bölgədə əkin sahələri xəritələşdirildiCəbrayılda vətəndaşlardan müxtəlif qanunsuz silah-sursat götürülübXocavənddə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426566602_0:0:1280:960_1920x0_80_0_0_cbfde79403fafab6eb14d1001ee52f9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
silah, cəbrayıl, şuşa, xocavənd
silah, cəbrayıl, şuşa, xocavənd
İşğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb -FOTO
Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.
BAKI, 3 yanvar — Sputnik. İşğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.
Xatırladaq ki, 2021-ci il dekabrın 27-də Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılmış nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.
Cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib. Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.
Dekabrın 11-də isə Azərbaycanın Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.
Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, anoloji tədbirlər Şuşa şəhərində də davam etdirilib. Belə ki, Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb. Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.
Ağıllı kənd və Azərbaycan: Bu bölgədə əkin sahələri xəritələşdirildi