Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Cəbrayılda vətəndaşlardan müxtəlif qanunsuz silah-sursat götürülüb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidƏl qumbarası, arxiv şəkli
Əl qumbarası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.
BAKI, 27 dekabr — Sputnik. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılmış nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.
Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib. Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, dekabrın 11-də Azərbaycanın Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.
Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, anoloji tədbirlər Şuşa şəhərində də davam etdirilib. Belə ki, Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb. Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.
Həmçinin oxuyun:
Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb
Xəbər lenti
0