https://sputnik.az/20211211/xocavendde-ermenilerin-atib-qacdiqlari-xeyli-sayda-silah-sursat-askarlanib-437163349.html
Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb
Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb
Sputnik Azərbaycan
Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat... 11.12.2021, Sputnik Azərbaycan
2021-12-11T11:20+0400
2021-12-11T11:20+0400
2021-12-11T11:40+0400
sursat
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/02/18/426307322_0:67:1281:787_1920x0_80_0_0_e6f590de93be0647338f2fb3b6bd3f84.jpg
BAKI, 11 dekabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər yerinə yetirilir.Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) rəsmi satyına istinadən xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.Qeyd edək ki, anoloji tədbirlər Şuşa şəhərində də davam etdirilib. Belə ki, Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb. Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.Bundan başqa Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/18/426307322_0:0:1277:958_1920x0_80_0_0_fab30c758a7d448574983cb94f2215f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sursat
Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb
11:20 11.12.2021 (Yenilənib: 11:40 11.12.2021) Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.
BAKI, 11 dekabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər yerinə yetirilir.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) rəsmi satyına istinadən xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.
Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank və piyada əleyhinə mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qeyd edək ki, anoloji tədbirlər Şuşa şəhərində də davam etdirilib. Belə ki, Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb. Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.