Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hamı bir ağızdan deyir: Buster dozanı vurdur

© AFP 2024 / DANIEL BELOUMOU OLOMOVaksinasiya, arxiv şəkli
Vaksinasiya, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.01.2022
Abunə olmaq
İnfeksionist: Əgər pandemiya təhlükəli həddədirsə, ola bilər ki, biz davamlı olaraq bədənimizdəki anticisimləri aktiv saxlamalıyıq. Ola bilər ki, vaksinləşmə hər 6 aydan bir olsun.
BAKI, 2 yanvar — Sputnik. Gələn ilin fevral ayının 25-dən etibarən vaksin və immunitet sertifaktlarının vaxtına məhdudiyyət qoyulur. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində prezidentin köməkçisi Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, 2022-ci ilin fevral ayının 15-dən sonra "Vaksin sertifikatı"nın müddəti 6 ay olacaq. 6 ay keçdikdən sonra sertifikatın müddəti bitmiş hesab olunacaq. Ş.Mövsümov bildirib ki, fevralın 15-nə qədər bütün vaksin sertifikatları qüvvədə olacaq.
Bəs görəsən, iki doza vaksin vurduranlar buster doza üçün hansı peyvəndi vurdurmalıdır? Buster doza ilə bağlı suallarımızı həkim-infeksionist Vasif Əliyev cavablandırıb.
V.Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buster doza ilə bağlı vaksin seçimi vətəndaşın istəyinə bağlıdır. V.Əliyevin sözlərinə görə, iki doza Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndi vurulan şəxslər buster doza üçün "Pfizer" vaksinini seçə bilərlər:

"Şərt deyil ki, buster doza birinci və ikinci doza vaksinlə eyni olsun. Birinci və ikinci doza vaksinlə buster doza peyvənd fərqli ola bilər".

İnfeksionist buster dozanın olduqca əhəmiyyətli olduğunu söyləyir. Onun sözlərinə görə, birinci və ikinci doza vaksin xəstəlikdən qorunmaq üçün vurulur:
"Müəyyən müddətdən sonra isə qanda anticisimlərin miqdarı azalır. Bu zaman virusa qarşı qoruyuculuq olmur. Buster doza anticisimlərin qanda miqdarını yüksəldir. Orqanizmimizdə yenidən virusa qarşı immunitet yaranır. Bu isə bizi koronavirusa yoluxmaqdan, yoluxduqda isə xəstəliyi ağır keçirməkdən qoruyur".
V.Əliyev deyir ki, buster doza vaksindən sonra yenidən peyvənd vurdurmaq insanların öz seçiminə bağlıdır. Onun sözlərinə görə, hələlik elmi tədqiqatlar buster dozanın virusdan qorunmaq üçün yetərli olduğunu təsdiqləyir.
İnfeksionist deyir ki, buster dozanın vurulmasının davamlı olacağı barədə indidən qəti fikir söyləmək olmaz:
"Bu, pandemiyanın gedişatından asılıdır. Buster dozanın davamlı olub-olmayacağı, müddətinin azaldılıb-artırılacağından asılıdır. Əgər pandemiya təhlükəli həddədirsə, ola bilər ki, biz davamlı olaraq bədənimizdəki anticisimləri aktiv saxlayaq. Ola bilər ki, vaksinləşmə hər 6 aydan bir olsun".
Həkim-infeksionist bildirir ki, uşaqlara da buster doza vurula bilər:
"Yaşından asılı olmayaraq kiməsə bir və ikinci doza vaksin vurulubsa, bu şəxslərə müəyyən müddətdən sonra buster doza vaksin vurula bilər".
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə bildirir ki, müəyyən vaxtdan sonra orqanizmdə süni qazanılan immunitet azalmış olur. Bu isə buster doza vaksinin vurulmasını labüd edir:
"Elə xəstəliklər var ki, ona qarşı bir dəfə peyvənd olunduqdan sonra ömürlük immunitet yaranır. Təəssüf ki, koronavirus infeksiyası bu qrupa aid deyil. Müəyyən vaxtdan sonra orqanizmdə süni qazanılan immunitet azalmış olur. Xüsusi risk qrupuna aid olan şəxslərin daha etibarlı müdafiə üçün "buster" dozanı vurdurmaları tövsiyə olunur. Bu praktika tək Azərbaycanda deyil, bütün dünya ölkələrində tətbiq edilir".
TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva isə mətbuata açıqlamasında bildirib ki, buster doza qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər:
"Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın vurulması tövsiyə olunur. Buster doza 2-ci dozadan və ya yoluxma tarixindən sonra, 6-cı aydan başlayaraq vurulur. Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən buster dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər".
Onun sözlərinə görə, hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra buster dozaların vurulması tövsiyə olunur:
"4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 1-ə olan məlumatına görə, ölkə üzrə buster doza vaksin olunanların sayı 1 500 271 nəfər təşkil edir.
Məlumat üçün qeyd edək ki, artıq bəzi dövlət qurumlarının əməkdaşları buster doza vaksin olunub. Bu il Bakıda 3-cü doza peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir. Onlardan 17 939 nəfəri artıq 3-cü doza peyvənd olunub.
Həmçinin oxuyun:
ÜST rəhbəri pandemiyanın bitməsi üçün bunu zəruri sayır
Azərbaycanda koronavirus: bayram günü 7 nəfər bu xəstəliyin qurbanı olub
Alimlər buster dozanın effektivliyini açıqladı
Yaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanır
Hamilə qadınlara və uşaqlara buster doza vurula bilər?
Xəbər lenti
0