https://sputnik.az/20220101/alimler-buster-dozanin-effektivliyini-aciqladi-437807139.html
Alimlər buster dozanın effektivliyini açıqladı
Alimlər buster dozanın effektivliyini açıqladı
Sputnik Azərbaycan
Aparılan təhlillər də göstərir ki, peyvənd olunmamağınız sizin COVİD-19-a görə xəstəxanaya düşmə ehtimalınızı 8 dəfə artırır. 01.01.2022, Sputnik Azərbaycan
2022-01-01T15:40+0400
2022-01-01T15:40+0400
2022-01-02T22:37+0400
vaksin
cəmiyyət
effekt
doza
buster
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975409_0:99:3079:1831_1920x0_80_0_0_cdcc8fd0e06630dfbaa62bf1f87d3451.jpg
BAKI, 1 yanvar — Sputnik. Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi agentliyi buster doza haqqında araşdırmasını təqdim edib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, araşdırmada buster dozanın 88 faiz effektli olması əks olunub.Bildirilib ki, AstraZeneka, Pfizer və Moderna vaksinlərinin hər iki dozasını qəbul etmək COVID-19-un Omikron ştammının qarşısının alınmasında az təsir göstərir.Rəsmilər bildirib ki, hazırkı situasiya 3-cü doza vaksinin qəbul edilməsi zərurətini ortaya çıxarıb:Araşdırmalar göstərib ki, tək doza vaksin qəbul edənlərin xəstəxanaya düşmə ehtimalı 52 faiz, iki doza vaksin qəbul edənlərin isə 72 faizə qədər azalıb. Bununla 25 həftə sonra iki doza vaksi qəbul edənlərin xəstəxanaya düşmə ehtimalı 52 faizə qədər azalır. Üçüncü dozanı qəbul etdikdən iki həftə sonra xəstəxanaya yerləşdirilməkdən qorunma 88 faizə yüksəlib, ancaq bu qorunmanın nə qədər davam edəcəyini öyrənmək üçün hələ kifayət qədər məlumat yoxdur.Qeyd edək ki, "Omikron" ştammının sürətli yoluxduruculuq qabiliyyətini nəzərə alan peyvənd istehsalçıları bu ştamma davamlı vaksin hazırlamağa başlayıblar. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan "AstraZeneca" "Omikron" ştammına qarşı preparat yaratmağa start verib:""Oksford Universiteti ilə birlikdə, ehtiyac olarsa, "Omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik".Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.Həmçinin oxuyun:Yaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanırHamilə qadınlara və uşaqlara buster doza vurula bilər?Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/15/427975409_348:0:3079:2048_1920x0_80_0_0_06fd3064f2e75fbe9b346df0f382f2d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
alimlər buster dozanın effektivliyini açıqladı
alimlər buster dozanın effektivliyini açıqladı
Alimlər buster dozanın effektivliyini açıqladı
15:40 01.01.2022 (Yenilənib: 22:37 02.01.2022) Aparılan təhlillər də göstərir ki, peyvənd olunmamağınız sizin COVİD-19-a görə xəstəxanaya düşmə ehtimalınızı 8 dəfə artırır.
BAKI, 1 yanvar — Sputnik. Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi agentliyi buster doza haqqında araşdırmasını təqdim edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, araşdırmada buster dozanın 88 faiz effektli olması əks olunub.
Bildirilib ki, AstraZeneka, Pfizer və Moderna vaksinlərinin hər iki dozasını qəbul etmək COVID-19-un Omikron ştammının qarşısının alınmasında az təsir göstərir.
Rəsmilər bildirib ki, hazırkı situasiya 3-cü doza vaksinin qəbul edilməsi zərurətini ortaya çıxarıb:
"Vaksinasiya həyatları xilas edir, təhlükəli xəstəlikərdən qorunmağa kömək edir. Aparılan təhlillər də göstərir ki, peyvənd olunmamağınız sizin COVİD-19-a görə xəstəxanaya düşmə ehtimalınızı 8 dəfə artırır".
Araşdırmalar göstərib ki, tək doza vaksin qəbul edənlərin xəstəxanaya düşmə ehtimalı 52 faiz, iki doza vaksin qəbul edənlərin isə 72 faizə qədər azalıb. Bununla 25 həftə sonra iki doza vaksi qəbul edənlərin xəstəxanaya düşmə ehtimalı 52 faizə qədər azalır. Üçüncü dozanı qəbul etdikdən iki həftə sonra xəstəxanaya yerləşdirilməkdən qorunma 88 faizə yüksəlib, ancaq bu qorunmanın nə qədər davam edəcəyini öyrənmək üçün hələ kifayət qədər məlumat yoxdur.
Qeyd edək ki, "Omikron" ştammının sürətli yoluxduruculuq qabiliyyətini nəzərə alan peyvənd istehsalçıları bu ştamma davamlı vaksin hazırlamağa başlayıblar. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan "AstraZeneca" "Omikron" ştammına qarşı preparat yaratmağa start verib:
""Oksford Universiteti ilə birlikdə, ehtiyac olarsa, "Omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik".
Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.
Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.