https://sputnik.az/20220101/ust-rehberi-pandemiyanin-bitmesi-ucun-bunu-zeruri-sayir-437807293.html
ÜST rəhbəri pandemiyanın bitməsi üçün bunu zəruri sayır
ÜST rəhbəri pandemiyanın bitməsi üçün bunu zəruri sayır
Sputnik Azərbaycan
Bu günə qədər 184 ölkədə COVID-19-a qarşı 8,95 milyarddan çox peyvənd vurulub.
2022-01-01T22:29+0400
2022-01-01T22:29+0400
2022-01-01T22:29+0400
üst
dünya xəbərləri
pandemiya
ştamm
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/42365/63/423656391_0:20:3071:1747_1920x0_80_0_0_e9901e1d6d4b2b7aeffc3358e6eea710.jpg
BAKI, 1 yanvar — Sputnik. "Bu il pandemiyanın üçüncü ilində onun başa çatacağına əminəm. Amma bu da birlikdə səy göstərəcəyimiz təqdirdə mümkün olacaq".Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus deyib."Bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizlik yaratdı və "Omikron" ştamının yaranmasına şərait yaratdı. Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski daha da artacaq. Əgər bərabərliyi təmin etsək, pandemiyanı da geridə qoyarıq", - deyə o bildirib.Bu günə qədər 184 ölkədə COVID-19-a qarşı 8,95 milyarddan çox peyvənd vurulub. Bu barədə "Bloomberg"in təqdim etdiyi hesablamalarda öz əksini tapıb.Bildirilib ki, bəşər tarixində ən böyük peyvənd kampaniyası ümumilikdə 8,95 milyard doza ilə davam edir: "Bu, hər 100 nəfər üçün 116 doza deməkdir. Hazırda orta peyvəndləmə dərəcəsi gündə 43,4 milyon dozadır.Mütəxəssislərin fikrincə, həyatın normala dönməsi üçün əhalinin təxminən 75%-nin peyvənd edilməsi lazımdır. Artıq 38 ölkədə insanların 75%-i peyvəndin ən azı bir dozası ilə peyvənd olunub".Məlumatda daha sonra vurğulanıb ki, müxtəlif regionlarda peyvəndləmə prosesi hələ də qeyri-bərabər aparılır: "Yüksək gəlirli ölkələr aşağı gəlirli ölkələrlə müqayisədə 10 dəfə çox peyvəndləmə edirlər. Çində 2,7 milyard peyvənd edilib - sakinlərin 88,6%-i ən azı bir doza qəbul edib, 85,2%-i prosesi tamamlayıb. ABŞ-da 61,7%, Fransada - 79,6%, Almaniyada - 70,9%, Böyük Britaniyada - 70,7% tam peyvənd olunub. Eyni zamanda, Konqo Demokratik Respublikasında - 0,1%, Çadda - 0,5%, Haitidə - 0,6%, Yəməndə - 1,2%. Rusiyada 143,69 milyon peyvənd edilib, əhalinin 44,4%-i tam peyvənd olunub".Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başladığı gündən dünyada 279,55 milyon insan koronavirusa yoluxub, 5,4 milyon nəfər ölüb. Bu göstəricilərə görə, ABŞ birinci yerdədir: ölkədə 52 milyon yoluxma, 816,5 min ölüm qeydə alınıb.Həmçinin oxuyun:Azərbaycanda koronavirus: bayram günü 7 nəfər bu xəstəliyin qurbanı olubAlimlər buster dozanın effektivliyini açıqladıYaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanırHamilə qadınlara və uşaqlara buster doza vurula bilər?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42365/63/423656391_208:0:2939:2048_1920x0_80_0_0_c9f7209839f788a5769c8a01ecefd3ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst rəhbəri pandemiyanın bitməsi üçün bunu zəruri sayır
üst rəhbəri pandemiyanın bitməsi üçün bunu zəruri sayır
ÜST rəhbəri pandemiyanın bitməsi üçün bunu zəruri sayır
Bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizlik yaratdı və "Omikron" ştamının yaranmasına şərait yaratdı.
BAKI, 1 yanvar — Sputnik. "Bu il pandemiyanın üçüncü ilində onun başa çatacağına əminəm. Amma bu da birlikdə səy göstərəcəyimiz təqdirdə mümkün olacaq".
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri ÜST-nin rəhbəri
Tedros Adhanom Qebreyesus deyib.
"Bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizlik yaratdı və "Omikron" ştamının yaranmasına şərait yaratdı. Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski daha da artacaq. Əgər bərabərliyi təmin etsək, pandemiyanı da geridə qoyarıq", - deyə o bildirib.
Bu günə qədər 184 ölkədə COVID-19-a qarşı 8,95 milyarddan çox peyvənd vurulub. Bu barədə "Bloomberg"in təqdim etdiyi hesablamalarda öz əksini tapıb.
Bildirilib ki, bəşər tarixində ən böyük peyvənd kampaniyası ümumilikdə 8,95 milyard doza ilə davam edir: "Bu, hər 100 nəfər üçün 116 doza deməkdir. Hazırda orta peyvəndləmə dərəcəsi gündə 43,4 milyon dozadır.
Mütəxəssislərin fikrincə, həyatın normala dönməsi üçün əhalinin təxminən 75%-nin peyvənd edilməsi lazımdır. Artıq 38 ölkədə insanların 75%-i peyvəndin ən azı bir dozası ilə peyvənd olunub".
Məlumatda daha sonra vurğulanıb ki, müxtəlif regionlarda peyvəndləmə prosesi hələ də qeyri-bərabər aparılır: "Yüksək gəlirli ölkələr aşağı gəlirli ölkələrlə müqayisədə 10 dəfə çox peyvəndləmə edirlər. Çində 2,7 milyard peyvənd edilib - sakinlərin 88,6%-i ən azı bir doza qəbul edib, 85,2%-i prosesi tamamlayıb. ABŞ-da 61,7%, Fransada - 79,6%, Almaniyada - 70,9%, Böyük Britaniyada - 70,7% tam peyvənd olunub. Eyni zamanda, Konqo Demokratik Respublikasında - 0,1%, Çadda - 0,5%, Haitidə - 0,6%, Yəməndə - 1,2%. Rusiyada 143,69 milyon peyvənd edilib, əhalinin 44,4%-i tam peyvənd olunub".
Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başladığı gündən dünyada 279,55 milyon insan koronavirusa yoluxub, 5,4 milyon nəfər ölüb. Bu göstəricilərə görə, ABŞ birinci yerdədir: ölkədə 52 milyon yoluxma, 816,5 min ölüm qeydə alınıb.