CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ustadı olmayan usta - Cəlilabad sakini daim insanlara necə fayda verməyi düşünür

© Sputnik / Rahim MuradovRövşən Abdullayev
Rövşən Abdullayev - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Abunə olmaq
Usta: Uşaq vaxtı iki radiom var idi. Birini dinləyərdim ki, bilim dünyada nə var, digərinin isə baxardım ki, bilim içərisində nə var.
BAKI, 30 dekabr — Sputnik. Adətən hər hansı sənətin ustası olmaq üçün uzun illər ustad yanında qalıb öyrənmək lazım olur. Lakin 43 yaşlı Rövşən Abdullayev ustadı və müəllimi olmadan demək olar ki, bütün məişət texnikalarını və hətta avtomobillərin elektrik cihazlarını da təmir edir.
Sputnik Azərbaycan-ın müxbirinin suallarını cavablandıran Cəlilabadın Günəşli kənd sakini R.Abdullayev uşaq vaxtından texnikalara maraq göstərdiyini deyir:

“Texnikanın imkanlarını öyrənmək üçün daim məlumatlar əldə etməyə can atmışam”.

Məişət texnikası, avtomobil və ya kənd-təsərrüfatı texnikasını təmir etməyi sizə kim öyrədib?
“Uşaqkən özüm üçün məqsəd qoymuşdum ki, bacardığım qədər məişət texnikası və kənd təsərrüfatı texnikasını çox öyrənməliyəm. Bu günə qədər daim bu amalla yaşamışam. Bilmədiyim şeyləri öyrənmək mənim hobbimdir. İyirmi ilə yaxın traktorçu işləmişəm. UUşaq vaxtı iki radiom var idi. Birini dinləyərdim ki, bilim dünyada nə var, digərinin isə baxardım ki, bilim içərisində nə var. Təmir sahəsində heç bir müəllimim və yaxud ustadım olmayıb. Mən diqqət yetirirdim ki, məişətdə istifadə olunan soyuducular xarab olurlar və bunun ustasına ehtiyac var. Beləcə soyuducu təmirini öyrənmək üçün qarşıma məqsəd qoydum və soyuducu təmirini öyrənənə kimi əl çəkmədim”.
© Sputnik / Rahim MuradovRövşən Abdullayev
Rövşən Abdullayev - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Rövşən Abdullayev
Bəs bu soyuducuların quruluşlarını, iş prinsipini kimsə sizə öyrətmədimi?
“Hansı sənəti bacarıramsa bu sənətlər üzrə mənim suallarımı cavablandıra biləcək bir nəfərə rast gəlməmişəm. Gecəmi gündüzümə qatıb təmir işlərini öyrənmişəm. Mən deyərdim ki, əvvəl ixtira olunanları mən tədqiq edib yenidən ixtira etmişəm. Lazım olan ehtiyat hissələrini tapardım, qarşıma qoyub günlərlə onların iş prinsiplərini və xüsusiyyətlərini öyrənərdim. Sonra isə xarab hissələri əldə edib təmir yollarını öyrənərdim. Təmir etməyi öyrəndikdən sonra camaat üçün düzəltməyə başladım. Son vaxtlar isə rahat əldə etmək mümkün olduğu üçün Türkiyədə dərc edilən texniki kitabları çox oxuyuram. Məişət qaz cihazlarını, elektrik su nasoslarını, evlərə elektirk xəttlərini çəkirdim. İndi isə səhhətimdə bir az problem olduğu üçün işlərimə ara vermişəm. Mən həmçinin avtomobillərin elektrik sistemlərinin təmiri ilə də məşğul oluram. Müasir avtomobillərin elektrik sistemləri haqqında çoxlu kitablar oxumuşam. Lakin müasir avtomobillərin təmiri üçün sadəcə avadanlıq cəhətdən təmir etməyə gücüm çatmır. Əgər həmin texnikanı almağa imkanım olsa, mütləq müasir avtomobillərin təmiri üçün sex açaram”.
Hal-hazırda avtomobillərin elektrik sistemlərinin təmiri ilə bağlı müraciət edənlər varmı?
“Olur, amma tək-tük. İndi insanların suya daha çox ehtiyacı var və mən artezian quyularının qazması ilə məşğul oluram. Amma texniki işlə bağlı problemi olanlar mənə zəng vururlar, mən də gedib təmir işlərimi görürəm. Bir şeyi də əlavə edim ki, mən həmçinin ömrüm boyu insanlara necə fayda verməyə də can atmışam”.
Usta Rövşən, sizin təmir etdiyiniz məişət texnikası arasında qaz cihazları da varmı? Bu cihazların hansı hissələrini təmir edirsiniz?
© Sputnik / Rahim MuradovRövşən Abdullayev
Rövşən Abdullayev - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Rövşən Abdullayev
“Müasir zamanda tez qızdıran su qızdırıcılarından geniş istifadə edildiyini çox yaxşı bilirik. Bir ara da mətbuatda və tv-lərdə dəm qazından zəhərlənmə hadisələrinin baş verməsi xəbərləri tez-tez rast gəlinirdi. Mən də bu cihazları təmir edən şəxs kimi dəm qazından boğulmaların səbəbini araşdırdım. Bəzi insanlar düşünürlər ki, tüstü bacası normal işləyən yerlərdə qazla işləyən su qızdırıcılarını quraşdırmaq olar. Lakin bilmirlər ki, cihazın daxilində qapanma gedir. Qısa zaman kəsiyində qaz cihazın quraşdırıldığı otağa yayılır, insanları zəhərləyir və hətta öldürür. Əvvəla həmin cihazların quruluşu baxımından qapalı otaqda qoyulması qəti qadağandır. Əgər məcburiyyət qarşısında qazla işləyən su qızdırıcısı qapalı otağa quraşdırılırsa belə həmin otağa 2 ədəd hava təmizləyici qurğu da qoyulmalıdır. Bu qurğulardan biri otaqdan çölə zəhərli qazları buraxmalıdır, digəri isə çöldən içəriyə təmiz hava verməlidir. Belə su qızdırıcıları, təzə və ya köhnə olmasından asılı olmayaraq, olduğu yerə qaz sızdıra bilər. Buna görə də qazla işləyən su qızdırıcıları birmənalı olaraq çöldə qurulmalıdır.”
Rövşən ustanın məişət texnikalarını təmir etmə bacarığını təkcə yaşadığı kənddə bilirlər, yoxsa rayonda artıq tanınınmış ustadır?

“Təmir işləri ilə bağlı çox uzaq kəndlərə getmirəm, yalnız qonşu kəndlərə gedirəm. Təmir üçün əşyaları evə də gətirənlər olur. Bəzən hansısa məişət texnikasını təmir etdirə bilmirlər, soraqlaşıb evimə gətirirlər”.

Övladlarından hansısa biri sizin kimi potensiala malikdirmi, yaxud onlardan hansınasa sənətinizi öyrədəcəksinizmi?
© Sputnik / Rahim MuradovRövşən Abdullayev
Rövşən Abdullayev - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Rövşən Abdullayev
“Mən həmişə oğlanlarıma elm oxumağı tövsiyə edirəm. Elm elə bir nurdur, elmi olmayan insan sanki qaranlıq dünyada gəzər. Elm elə bir şeydir ki, elmin artdıqca daxili nurun artır, dünyagörüşün artır. Buna görə də uşaqlarıma “elminizi zənginləşdirin, elm sizin yolunuzu aydınlaşdırar və gələcəkdə sizi bir mövqeyə çatdırar” məsləhət görürəm. Yəni bir daha vurğulayım ki, sənəti öyrənməyi tövsiyə eləməmişəm, ancaq savadlarını artırmağı demişəm. Özlərinin də sənətə deyil, elmə həvəsləri böyükdür. Mən çox sahədə sənət dalınca getdim, övladlarımın bir sahədə sənət dalınca getmələrini istəyərdim.”
Bir usta kimi cavanlara nə məsləhət verərdiniz?
© Sputnik / Rahim MuradovRövşən Abdullayev
Rövşən Abdullayev - Sputnik Azərbaycan, 1920, 29.12.2021
Rövşən Abdullayev
“Vaxtlarını boş yerə sərf etməmələrini məsləhət görərdim. Heç vaxt deməsinlər ki, “bunu öyrənmirəm, mənim nəyimə gərəkdir?”. Öyrəndikləri bu gün onların karına gəlməsə də, sabah mütləq onların dadına çatacaq. Bekar gəzməsinlər, mütləq bir sənət və elm öyrənsinlər. Elmə çəkilən xərc və zəhmət batmaz. Elm onların yollarını aydınlaşdırar və gün gələr, onlar üçün də işləməyə şans yaranar. Bütün cavanlara pis vərdişlərdən uzaq durmağı və kənd təsərrüfatı işlərində də işləməklərini məsləhət görürəm. İnsanı müasir dövrdə elm və texnologiyadan uzaq salan "domino" və "nərd" oyunlarına aludə olmamalarına çağırıram. Ən əsası isə çoxlu kitab oxumağı tövsiyə edirəm”.
Həmçinin oxuyun:
Nadir sənəti yaşadan usta: 40 gün sonra üzmək olar
Fiziki qüsuru təhsilinə əngəl olsa da, yaradıcılığına mane ola bilməyib
Qarabağ xalçaları Tbilisidə
Azərbaycanlı modelyer Parisdə "Sumax"la parladı
Xəbər lenti
0