Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qarabağ xalçaları Tbilisidə

© SputnikXalçalar, arxiv şəkli
Xalçalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Sərgidə şəxsi kolleksiyalarda saxlanılan Qarabağ xalça qrupuna aid 20-yə yaxın zərif və rəngarəng xalça nümayiş etdirilir.
BAKI, 7 noyabr - Sputnik. Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında Qarabağ xalçalarının sərgisi açılıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin ildönümünə həsr olunub.
Sərgidə şəxsi kolleksiyalarda saxlanılan Qarabağ xalça qrupuna aid 20-yə yaxın zərif və rəngarəng xalça nümayiş etdirilir. Ziyarətçilərə Xırdalan şəhər uşaq musiqi məktəbinin kollektivinin ifasında Qarabağı tərənnüm edən nəğmələr və xalq mahnıları da təqdim olunur.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Gürcüstan ictimaiyyətinin nümayəndələri, azərbaycanlı icmanın üzvləri iştirak edirlər.
Sərgi DİDK, Azərbaycanın Gürcüstandakı səfirliyi və digər qurumların dəstəyi ilə Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Xəbər lenti
0