Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Nadir sənəti yaşadan usta: 40 gün sonra üzmək olar

© Sputnik / Rahim MammadovNofəl İsmayılov
Nofəl İsmayılov  - Sputnik Azərbaycan, 1920, 05.12.2021
Abunə olmaq
Onun əl işlərinə tək Yevlax sakinləri deyil, Mingəçevir, Şəmkir, Samux və digər bölgələrdən olanlar da maraq göstərirlər.
BAKI, 5 dekabr — Sputnik. Yevlax yayı isti, qışı mülayim keçən rayonlardandır. Buradan həm Kür çayı axır, həm ərazisinin bir hissəsi Mingəçevir su anbarı ilə əhatələnib. Rayonun Xanabad kəndi sözügedən anbara yaxın olduğundan burada su canlılarına, su nəqliyyat vasitələrinə maraq daha böyükdür. Elə ölkədə az-az rast gəlinən qayıq hazırlanması, təmiri ilə məşğul olan usta da Xanabad kəndində yaşayır. Sputnik Azərbaycan xəbər verir ki, Nofəl İsmayılov 26 ildən artıqdır yaşatdığı, məşğul olduğu sənəti atasından öyrənib.
© Sputnik / Rahim MammadovNofəl İsmayılov
Nofəl İsmayılov  - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Nofəl İsmayılov

"Gənc yaşlarımdan atamın əlinə baxıb sənəti öyrənmişəm. Atam qayığı taxtadan düzəldirdi. Mən isə daha müasirlərini sıfırdan hazırlayır, həm də təmir edirəm. Bu, həm maraqlı, həm də çətin peşədir. Amma işimi sevirəm. Təsəvvür edin, bir qayığı hazırlayıb suya buraxmaq üçün 40 gün vaxt, 4 min manat xərclənir. Mən döymə üsulu ilə işləyirəm, ona görə də uzun zaman çəkir. Böyük oğlum da sənətə maraq göstərir, onu da öyrətmişəm", - usta deyir.

Xanabad sakini həm balıqçı, həm də gəzinti qayıqlarına yeni həyat verir. Nofəl İsmayılov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində 1989-cu ildə Mingəçevir su anbarında batan və 31 il sonra 40 metr dərinlikdən çıxarılan qayığın taleyindən də danışıb:
© Sputnik / Rahim MammadovNofəl İsmayılov
Nofəl İsmayılov  - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Nofəl İsmayılov

"1989-cu ildə həmin qayıq Mingəçevir su anbarında batmışdı, hadisə zamanı 2 nəfər həlak olmuşdu. 31 il sonra, anbarda su azalan zaman həmin su nəqliyyat vasitəsi tapıldı. Onu təmir etmək istədim, amma baxıram ki, çox çürüyüb, onu həyata qaytarmaq çətindir. 31 il suyun dərinliklərində qalıb".

Nofəl İsmayılovun əl işlərinə tək Yevlax sakinləri deyil, Mingəçevir, Şəmkir, Samux və digər bölgələrdən olanlar da maraq göstərirlər.
Həmçinin oxuyun:
Fiziki qüsuru təhsilinə əngəl olsa da, yaradıcılığına mane ola bilməyib
Qarabağ xalçaları Tbilisidə
Azərbaycanlı modelyer Parisdə "Sumax"la parladı
Xəbər lenti
0