https://sputnik.az/20211003/azerbaycanli-modelyer-parisde-sumaxla-parladi-433835366.html
Azərbaycanlı modelyer Parisdə "Sumax"la parladı
Azərbaycanlı modelyer Parisdə "Sumax"la parladı
Sputnik Azərbaycan
Azərbaycanlı dizaynerin “Sumax” adlı möhtəşəm kolleksiyası Parisdə təqdim edilib. 03.10.2021, Sputnik Azərbaycan
2021-10-03T13:19+0400
2021-10-03T13:19+0400
2021-10-03T13:19+0400
dəb
mədəniyyət
azərbaycanlı
paris
dizayner
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426585122_0:0:3027:1703_1920x0_80_0_0_a8045a57520d8ef2aae961aba6faa239.jpg
BAKI, 3 oktyabr — Sputnik. Dünyaca məşhur azərbaycanlı dizayner, "AFFFAIR" markasının təsisçisi Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.Sputnik Azərbaycan-ın məlumatına görə, dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən ruhlanaraq ərsəyə gətirib. Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.Modelyer ruhunu, gücünü və sevgisini bu möhtəşəm layihənin yaradılmasına sərf etdiyini bildirib.Azərbaycan xalçaçılıq sənətinin gözoxşayan çalarlarını özündə əks etdirən kolleksiya böyük maraqla qarşılanıb.“Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırlır.Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.Qeyd edək ki, modelyer Türkiyə Moda Dizaynerləri Assosiasiyası tərəfindən “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görülüb. Onun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.
https://sputnik.az/20210908/Glnar-Xlilovann-Qaraba-Azrbaycandr-kolleksiyas-beynlxalq-moda-srgisind-427878072.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426585122_336:0:3027:2018_1920x0_80_0_0_f93ebb56e83469cbbe4e796957d7a5ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəb, azərbaycanlı, paris, dizayner
dəb, azərbaycanlı, paris, dizayner
Azərbaycanlı modelyer Parisdə "Sumax"la parladı
Azərbaycanlı dizaynerin “Sumax” adlı möhtəşəm kolleksiyası Parisdə təqdim edilib.
BAKI, 3 oktyabr — Sputnik. Dünyaca məşhur azərbaycanlı dizayner, "AFFFAIR" markasının təsisçisi Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən ruhlanaraq ərsəyə gətirib.
Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.
Modelyer ruhunu, gücünü və sevgisini bu möhtəşəm layihənin yaradılmasına sərf etdiyini bildirib.
Azərbaycan xalçaçılıq sənətinin gözoxşayan çalarlarını özündə əks etdirən kolleksiya böyük maraqla qarşılanıb.
“Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırlır.
Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.
Qeyd edək ki, modelyer Türkiyə Moda Dizaynerləri Assosiasiyası tərəfindən “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görülüb. Onun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.