Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Media haqqında" qanun layihəsinin ictimai müzakirəsi olub

Parlament - Sputnik Azərbaycan, 1920, 28.12.2021
Abunə olmaq
Milli Məclisin komitələrinin birgə iclasında "Media haqqında" Qanun layihəsinin üçüncü oxunuşda ictimai müzakirəsi keçirilib.
BAKI, 28 dekabr — Sputnik. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri "Media haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda ictimai müzakirəsini keçirib.
Müzakirələrin gedişi zamanı “Sputnik Azərbaycan”ın redaktoru Ülkər Abdullayeva “Media haqqında” yeni qanun layihəsinin geniş müzakirəsini dəstəkləyib.
Daha sonra Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, “Media haqqında” qanunla bərabər digər normativ-hüquqi aktlara da müvafiq dəyişikliklər olmalıdır.
Çıxış edən jurnalistlərdən bəzilərinin suallarını cavablandırarkən isə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov media subyektləri və jurnalistlərə veriləcək imtiyazlar paketi ilə bağlı müzakirələrin getdiyini vurğulayıb: “İmtiyazlar paketi ilə bağlı müzakirələr gedir. Sadəcə bizə sual verirlər ki, güzəştlər nə qədər adama şamil ediləcək? Bu qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq”.
Tədbir daha sonra çıxışlarla davam etdirilib.
***
Dekabrın 28-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Media haqqında" Qanun layihəsinin üçüncü oxunuşda ictimai müzakirəsi keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda ölkənin bir sıra media qurumlarının və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və nümayəndələri iştirak edirlər.
Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil 78 maddədən ibarətdir.
Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.
Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq media sahəsində dövlətin əsas vəzifələri kimi göstərilib.
Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.
Xarici jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Müzakirələrdən sonra qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilib.
Milli Məclis artıq ikinci oxunuşdan keçmiş "Media haqqında qanun" sosial şəbəkələrdə və KİV-də daha çox müzakirə olunur. Çünki jurnalistlərin və media mütəxəssislərinin bir hissəsi hesab edir ki, bu qanunda onlayn medianın və jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq çox sayda maddələr var. Media və jurnalistlərin reyestrinin yaradılması ən çox etiraz edilən məsələlərdən biridir.
Həmçinin oxuyun:
Bəzi qəzetlərə maliyyə yardımı ediləcək
MEDİA saytlar üçün müsabiqə elan edib
Qazi yazar: Bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır
"Yüksəliş" müsabiqəsi gələn il də keçiriləcək, 1 milyon manat ayrılıb
"Nature Photographer of the Year 2021" müsabiqəsinin qaliblərindən möhtəşəm fotolar
Sputnik Azərbaycan-ın fotomüxbirinin çəkdiyi şəkil mükafata layiq görülüb
Xəbər lenti
0