https://sputnik.az/20211225/qazi-yazar-bu-olke-ucun-calismaq-fayda-vermek-lazimdir-437588360.html
Qazi yazar: Bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır
Qazi yazar: Bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır
Sputnik Azərbaycan
Ümumilikdə 235 müəllifin qatıldığı müsabiqəyə təqdim edilən yazılar müvafiq münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilib.
2021-12-25T15:56+0400
2021-12-25T15:56+0400
2021-12-25T15:56+0400
azərbaycan xəbərləri
qalib
salnamə
müsabiqə
qəhrəmanlıq
mükafat
https://cdnn1.img.sputnik.az/img/42415/27/424152752_0:166:3053:1883_1920x0_80_0_0_0c3aaa5eb5a7c80a0e87d50ed347e061.jpg
BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-də Azərbaycan Texniki Universitetində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 8 Noyabr “Zəfər Günü” münasibəti ilə təşkil etdiyi “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin təltifetmə mərasimi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Fonddan məlumat verilib.Tədbirdə “Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin şəhid və qazilərimizə, onların ailələrinə vəfanın, ehtiramın ifadəsi olduğu bildirilib. Müsabiqəyə təqdim olunan yazılarda qürurverici qəhrəmanlıq nümunələrinin gələcək nəsillər üçün Vətən yolunda fədakarlığın parlaq örnəklərinin yadigar olacağı qeyd olunub.MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib ki, Fond fəaliyyət göstərdiyi 16 ildən artıq müddət ərzində milli vətənpərvərlik ideyasını təbliğ edən çoxsaylı müsabiqələr təşkil edib:Daha sonra tədbirdə çıxış edən millət vəkilləri və ziyalılar – Ceyhun Məmmədli, Sədaqət Qəhrəmanova, Qulu Məhərrəmli, Mübariz Süleymanlı və başqaları Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin fədakarlıq nümunələrinin geniş kütlə arasında tanınması məqsədilə təşkil olunan müsabiqəni yüksək qiymətləndiriblər.Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi həm şəhid və qazilərimizə ehtiramın nümunəsidir, həm də gənc nəsilə vətən sevgisinin, fədakarlıq ruhunun aşılanması baxımından təqdirəlayiqdir.“Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin qalibi isə İtaliyada təhsilini yarımçıq qoyub Vətən müharibəsinə qatılan, elə təqdim etdiyi essedə də ibrət və qəhrəmanlıq dolu döyüş yolunu anladan qazi Anar Yaşaroğlu olub. A.Yaşaroğlu tədbir təşkilatçılarına minnətdarlığını bildirib.Qalib Vətən müharibəsinin onun həyata baxışını dəyişdirdiyini dilə gətirib və müsabiqə haqqında hisslərini bölüşüb:Qeyd edək ki, ümumilikdə 235 müəllifin qatıldığı müsabiqəyə təqdim edilən yazılar müvafiq münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilib. İlk 3 yeri tutmuş iştirakçı qalib seçilib və əlavə olaraq 3 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb.Yer tutmuş müsabiqə iştirakçılarına MİMTA Fondu tərəfinən pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olunub.Həmçinin oxuyun:"Yüksəliş" müsabiqəsi gələn il də keçiriləcək, 1 milyon manat ayrılıb"Nature Photographer of the Year 2021" müsabiqəsinin qaliblərindən möhtəşəm fotolarSputnik Azərbaycan-ın fotomüxbirinin çəkdiyi şəkil mükafata layiq görülüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42415/27/424152752_161:0:2892:2048_1920x0_80_0_0_98c9eee797f7d26fa16f414a0b02b0be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
“qəhrəmanlıq salnaməsi” müsabiqəsinin qalibi: bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır
“qəhrəmanlıq salnaməsi” müsabiqəsinin qalibi: bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır
Qazi yazar: Bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır
Ümumilikdə 235 müəllifin qatıldığı müsabiqəyə təqdim edilən yazılar müvafiq münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilib. İlk 3 yeri tutmuş iştirakçı qalib seçilib və əlavə olaraq 3 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb.
BAKI, 25 dekabr — Sputnik. Dekabrın 25-də Azərbaycan Texniki Universitetində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun 8 Noyabr “Zəfər Günü” münasibəti ilə təşkil etdiyi “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin təltifetmə mərasimi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Fonddan məlumat verilib.
Tədbirdə “Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin şəhid və qazilərimizə, onların ailələrinə vəfanın, ehtiramın ifadəsi olduğu bildirilib. Müsabiqəyə təqdim olunan yazılarda qürurverici qəhrəmanlıq nümunələrinin gələcək nəsillər üçün Vətən yolunda fədakarlığın parlaq örnəklərinin yadigar olacağı qeyd olunub.
MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib ki, Fond fəaliyyət göstərdiyi 16 ildən artıq müddət ərzində milli vətənpərvərlik ideyasını təbliğ edən çoxsaylı müsabiqələr təşkil edib:
"“Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsi isə bunlar arasında xüsusi ilə fərqlənir. Bu vaxta qədər biz bu tədbirləri qələbəyə ümidi qorumaq yolunda keçirirdiksə, bu gün artıq qalib ökənin vətəndaşları kimi bu müsabiqəni təşkil edirik. Vətən yolunda şəhid düşmüş qəhrəmanlarımızı xatırlamaq nə qədər hüznlüdürsə, bir o qədər qürurvericidir. Çünki şəhid və qazilərimiz bizə parlaq bir zəfər əmanət qoydular. Biz bu qələbəni sarsılmaz Dövlət–Xalq–Ordu birliyi ilə qazanmışıq. Vətən müharibəsi bu birliyin nə qədər önəmli olduğunu bizə açıq şəkildə göstərdi”.
Daha sonra tədbirdə çıxış edən millət vəkilləri və ziyalılar – Ceyhun Məmmədli, Sədaqət Qəhrəmanova, Qulu Məhərrəmli, Mübariz Süleymanlı və başqaları Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin fədakarlıq nümunələrinin geniş kütlə arasında tanınması məqsədilə təşkil olunan müsabiqəni yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi həm şəhid və qazilərimizə ehtiramın nümunəsidir, həm də gənc nəsilə vətən sevgisinin, fədakarlıq ruhunun aşılanması baxımından təqdirəlayiqdir.
“Qəhrəmanlıq salnaməsi” müsabiqəsinin qalibi isə İtaliyada təhsilini yarımçıq qoyub Vətən müharibəsinə qatılan, elə təqdim etdiyi essedə də ibrət və qəhrəmanlıq dolu döyüş yolunu anladan qazi Anar Yaşaroğlu olub. A.Yaşaroğlu tədbir təşkilatçılarına minnətdarlığını bildirib.
Qalib Vətən müharibəsinin onun həyata baxışını dəyişdirdiyini dilə gətirib və müsabiqə haqqında hisslərini bölüşüb:
“Qalib gələ bilməsəydim, çox üzüləcəkdim. Ancaq heç kimi ittiham etməyəcəkdim. Essedə sadəcə öz həyatımdan yazmışam: İtaliyada magistr təhsilimi yarımçıq qoyub sonra Ağdama yollanmağımdan və çətin də olsa, xoşbəxtlikdən, döyüşlərdən sağ qayıtmağımdan bəhs etmişəm. Bu tipli müsabiqələr mənə və mənim kimi qazi və veteranlara ümid və ilham verir. Əslində, yazımı hansısa mükafat naminə də yazmamışdım. Esseni yazdığım 14 gündə hər dəfə yazdıqca ağlamışam. Yazmışam, yaza bilməmişəm, silmişəm, axırda yenidən yazmışam. Belə bir səmimi etiraf da etməliyəm: qalib olmasaydım, bəlkə də, küsəcəyimə görə ölkədən çıxıb getmək qərarım daha da dəqiqləşəcəkdi. Ancaq indi belə düşünmürəm. Demək, bizə dəyər verən insanlar var. Onlar üçün, bu ölkə üçün çalışmaq, fayda vermək lazımdır”.
Qeyd edək ki, ümumilikdə 235 müəllifin qatıldığı müsabiqəyə təqdim edilən yazılar müvafiq münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndirilib. İlk 3 yeri tutmuş iştirakçı qalib seçilib və əlavə olaraq 3 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb.
Yer tutmuş müsabiqə iştirakçılarına MİMTA Fondu tərəfinən pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olunub.